Səməd Seyidov AŞPA-nın iclasına sədrlik edib | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Səməd Seyidov AŞPA-nın iclasına sədrlik edib

Siyasət A- A A+
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasına sədrlik edib.
 
Səməd Seyidovun sədrlik etdiyi iclasda AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəsi dinlənilib. İtaliyalı deputat Nunsiya Katalfonun hazırladığı “Vətəndaşların əsas gəliri, özünü müdafiə ideyası” adlı məruzə müzakirə edilib. 
 
Məruzədə Avropa ölkələrində yoxsulluğun və bərabərsizliyin artdığı, insanlara ləyaqətli həyat şəraitinin təmin edilməsinin çətinləşdiyi bildirilib. Eyni zamanda, müasir rəqəmsal texnologiyanın inkişafı ilə bir çox iş yerlərinin bağlanması, işsizliyin artması diqqətə çatdırılıb. Məruzədə üzv ölkələrə ünvanlanan bir sıra təkliflər irəli sürülüb. 

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...