"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracaq"

Siyasət 20:58 24.01.2018
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov görüşdə qeyd edib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycanda humanitar, vətəndaş cəmiyyətinin gücləndirilməsi, demokratik islahatlar, texniki və digər inkişaf layihələri ilə bağlı həyata keçirilən layihələrə sərf olunmuş vəsait təxminən 1,4 mlyard dollar həcmində olub. Bunun 820 milyon dolları ABŞ Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin ayırdığı vəsaitdir və bu vəsaitinin icrası ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. 1993-2000-ci illərdə ABŞ-ın Azərbaycanda humanitar və inkişaf proqramlarının həyata keçirilməsi sahəsində 33 təşkilatı olub, hazırda 6 beynəlxalq humanitar və inkişaf təşkilatı fəaliyyət göstərir. Baş nazirin müavini diqqətə çatdırıb ki, ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub.
 
ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta isə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. O qeyd edib ki, ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib və bundan sonra da bu istiqamətdə prioritet təşkil edən layihələr davam etdiriləcək: "Bugünki görüşün məqsədi məhz gələcəkdə həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaqdır. Bu günlərdə Abşeron rayonunda məcburi köçkünlərlə bağlı yeni bir layihənin başlanması nəzərdə tutulur".
 
R. Sekuta diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək. Həmin müəssisə orada və ətraf rayonlarda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına və işlə təmin olunmasına köməklik göstərəcək. Əli Həsənov isə deyib ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev tikilərək sakinlər öz doğma torpaqlarına qayıdıblar, müvafiq infrastruktur obyektləri ilə birlikdə daha 100 evin tikintisi də başa çatdırılıb və yaxın zamanlarda digər sakinlər də öz kəndlərinə qayıdacaqlar: "Bunları nəzərə alaraq sakinlər arasında reabilitasiya, iş qabiliyyətinin, milli adət-ənənələrinin bərpası kimi proqramların həyata keçirilməsi məqsədə uyğun olardı. Ötən ilin noyabırında Tərtər rayonunda açılışı olan yeni yaşayış kompleksi də əslində işğaldan azad edilmiş torpaqlarda tikilib".
 
Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. R. Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb: "Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq".
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı