Əli Həsənov mühüm bəyanatlar verdi YENİLƏNİB

Siyasət 14:45 30.01.2018

Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov qeyd edib: "Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Məgər öz ölkənin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir ki, milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb".

Prezidentin köməkçisi vurğulayıb ki, iflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini təsir altına salmaqla onları xalqın milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir:

"Həmin “qrant mediası”nın dırnaqarası "dəyərli" nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq “Non TAP”, yəni Azərbaycanın strateji maraqlarına qarşı aksiya keçirmək istəyirlər. Budur xarici qrant siyasətini həyata keçirmək istəyənlərin formalaşdırmağa çalışdığı jurnalistika. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil".

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: "Azərbaycanda media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər ki, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin məsuliyyətini, öhdəliyini, yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai quruma – medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurasına verdi. Bu gün Azərbaycan dövləti jurnalistlərə yardım edir. Dövlət jurnalistlərin bəlkə də çox çətinliklə, yaxud heç vaxt ala bilməyəcəyi mənzili tikib onlara verir. Siz bu mənzili ala da bilərsiniz, almaya da. Bunu hansısa dairələr Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir".

O əlavə edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ümummilli lider Heydər Əliyevin media siyasətini davam etdirib:

"2004-cü ildən bu günə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi media siyasətindən, dövlət başçısının jurnalistlərə diqqət və qayğısından kim öz media müstəqilliyini itirib? Belə hal yoxdur. Cənab Prezident bu günlərdə Davosda çıxışı zamanı da bildirdi: kim hesab edirsə ki, Azərbaycanda söz, mətbuat, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Belə iddiaların heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Fondun kimə və nəyə yardım göstərdiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Belə gizli qrantların və dövlətin şəffaf yardımının fərqini hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya, media, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.(trend)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı