"Növbədənkənar seçkilər mühüm məsələlərin həlli baxımından vacibdir" Novruz Məmmədov

Siyasət 19:36 06.02.2018
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını AZƏRTACA-a şərh edib.
 
Prezidentin köməkçisi deyib: “Bu gün Azərbaycan artıq dünya birliyində özünəməxsus yer tutan, öz daxilində sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa nail olmuş, genişmiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısına çevrilmiş bir ölkədir. Dünyada baş verən mürəkkəb proseslər, müşahidə olunan təhdidlər fonunda Azərbaycan özünün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu inamla nümayiş etdirib, xalqla rəhbərinin birliyini təmin edib, möhkəmləndirib və qoruyub saxlayır. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyi və xalqı naminə göstərdiyi fəaliyyət dayanır.
 
Son 15 ildə dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət kursu Azərbaycanın sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edib. Ölkə daxilində siyasi, sosial, iqtisadi, mədəni, elmi, dini və digər sahələrdə aparılmış islahatlar nəticəsində cəmiyyətin həyatının bütün sferalarında ciddi keyfiyyət dəyişikliyi baş verib. Dövlətimizin başçısının siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi böyük və mühüm beynəlxalq layihələrin reallaşmasında aparıcı qüvvəyə çevrilib. Bu gün Azərbaycan öz multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfə verən, nümunəvi ölkədir.
 
Belə bir halda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya ilə ona verilmiş hüquqdan istifadə edərək, bu il aprel ayının 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib və müvafiq Sərəncam imzalayıb”.
 
Növbədənkənar prezident seçkilərini məqsədəuyğun edən səbəblərlə bağlı fikirlərini bölüşən Novruz Məmmədov qeyd edib ki, 2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Bu, yeni bir tarixi mərhələnin başlanğıcı olduğu üçün dövlət başçısı növbədənkənar seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət edir.
 
“Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib.
 
Həmçinin 2018-ci ildə Azərbaycanda onlarla beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb. Aprel ayının sonundakı Formula-1 yarışlarından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, Azərbaycan Ordusunun, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı silsilə tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu və bu qəbildən olan digər tədbirlərin seçkilər öncəsi və seçkilər dövründə təşkili seçki prosesinə də əlavə çətinliklər yarada bilərdi. Bu səbəbdən, seçkilərin belə mühüm tədbirlərdən əvvəl yekunlaşdırılması daha məqsədəuyğundur”, - deyə Prezidentin köməkçisi bildirib.
 
Novruz Məmmədov vurğulayıb ki, müasir dövrümüzdə beynəlxalq münasibətlər sistemində mövcud olan tendensiyaların intensivliyi, Azərbaycanın yerləşdiyi regionda və daha geniş coğrafiyada baş verən proseslər hər an müəyyən suallar yarada bilər. Bu da hazırlıq səviyyəsinin artırılmasını və xarici siyasətdə çevikliyin nümayiş etdirilməsini tələb edir.
 
Eyni zamanda, Cənubi Qafqaz regionunda və qonşu regionlarda cərəyan edən neqativ proseslərin getdikcə kəskin xarakter alması və Azərbaycanın da yerləşdiyi bölgəyə təsir göstərməsi ehtimalı mövcuddur. Həmin neqativ təsirləri neytrallaşdırmaq məqsədilə atılan qabaqlayıcı addımlardan biri də Prezident seçkilərinin vaxtının irəli çəkilməsidir.
 
“Bu gün Azərbaycan siyasi mühitində cənab İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi, dövlət xadimi, lider yoxdur. Azərbaycan xalqı dövlət başçısının fəaliyyətinə ən yüksək qiyməti verir və ona sonsuz etimad göstərir. Həm ölkə daxilində, həm də xaricdə heç kim şübhə etmir ki, mahiyyət etibarilə Prezident seçkilərinin ilin hansı ayında olur-olsun keçirilməsi onun nəticələrinə nəzərəçarpacaq təsir göstərə bilməz”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Hamısı