Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı Tvitter sosial şəbəkəsində paylaşım edib.
“Erməni Silahlı Qüvvələri 26 fevral 1992-ci ildə Azərbaycan torpağı olan Dağlıq Qarabağda, Xocalı şəhərində yüzlərlə azərbaycanlı məsum qardaşımızı, soydaşımızı vəhşicəsinə qətlə yetirdi. Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq, təkrar yaşanmasına imkan vermiyəcəyik”, - deyə Çavuşoğlu bildirib.
Ermeni güçleri, 26 Şubat 1992’de #Azerbaycan toprağı Yukarı Karabağ’daki #Hocalı kasabasında yüzlerce Azerbaycanlı masum kardeşimizi, soydaşımızı hunharca katletti. #HocalıKatliamı’nı unutmadık, unutturmayacağız; tekrar yaşanmasına da asla izin vermeyeceğiz. pic.twitter.com/wnJUeGK215
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) 26 февраля 2018 г.