"Sumqayıt hadisələri Xankəndindən göndərilmiş böyük bir qrup tərəfindən təşkil olunmuşdu" Sabiq icra başçısı

Siyasət 17:59 28.02.2018

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğından 30 il ötür.

1988-ci ildə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, daha sonra isə şəhərin icra başçısı vəzifəsində işləmiş Təvəkkül Məmmədov ilə Sumqayıt hadisələri ilə bağlı açıqlama aldıq.

Hadisə Xankəndidən başladı...

Orada Qarabağın Ermənistana verilməsi ilə bağlı böyük mitinqlər keçirilirdi. Bu, M.Qorbaçov və erməni daşnakları tərəfindən çox dəqiqliklə hazırlanmışdı və bizim bu haqda heç bir məlumatımız yox idi. Hadisələr baş verməzdən əvvəl, Sumqayıtda hər şey öz axını ilə davam edirdi. Fevral ayının 27-si, saat təxminən 5-6 radələrində mənə xəbər verdilər ki, bəs yığılıblar binanın qabağına, mitinq keçirirlər. Çıxdım çölə, gördüm ki, heç kəs yoxdur. Dedilər ki, parkda toplaşıblar. Getdim parkı gəzdim, amma orada da yox idilər. Qayıdanda gördüm ki, binanın qabağına təxminən 60-80 nəfər yığışıb. Soruşdum, nə istəyirsiniz, nə lazımdır?! Onları "ESKA” (indiki Sumqayıt Dövlət Dram Teatrı) klubuna aparmaq istədim ki, həvəskarlar da yığışıb sayı artırmasınlar. Klubun pilləkəninə çatanda arxadan qışqırdılar ki, hara gedirsiniz, dəlisiniz?! Onlar da geri qayıtdılar. Başladılar danışmağa ki, böyük mitinqlər keçirilir, çoxlu sayda müsəlmanlar öldürülüb. Gələnlərin heç biri sumqayıtlı deyildilər, hamısı Qarabağdan, Xankəndidən gəlmələr idilər və dərs alaraq, aranı qızışdırmaq üçün gəlmişdilər. Bir xeyli söhbətdən sonra onlara dedim ki, sizin dediklərinizi rəhbərliyə çatdıracağam, gedin, sakit oturun evdə.

Bu hadisələrdən sonra şəhərdə dağıntılar, ölənlər oldu...

Sumqayıt onlar üçün çox əlverişli şəhər idi. Çünki Bakı böyük şəhər idi, şəhərimizin isə o vaxt 300 min əhalisi vardı və ermənilər burada kompakt şəkildə yaşayırdılar. Ona görə də, Sumqayıtda ermənilərin yaşadığı mənzilləri dəqiqləşdirmək onlar üçün çox asan idi. Əllərində siyahıları var idi və onlar ermənilərin mənzillərinin ünvanını məndən yaxşı bilirdilər. Bu hadisələrdən sonra şəhərdə dağıntılar, ölənlər oldu. Qızları, gəlinləri, ana və iki qızını zorladılar. Ana tanıdı ki, hansı erməni onları zorlayıb, prokurorluq da onların hamısını təhlil etmişdi. Onlar elə hazırlaşmışdılar ki, şəhərdəki hər kəs bu hadisələrin olacağından xəbərsiz idi. Üçüncü gün müzakirəyə çıxmışdıq və bizə xəbər gəldi ki, artıq Moskva, Amerika və digər xarici ölkələrin liderləri Sumqayıtda ermənilərin necə qırılması ilə bağlı müzakirələr aparırlar.

Göndərilənlər narkomanlar, özlərini itirənlər, heç nədən qorxmayanlar idilər...

Bu hadisələr Xankəndidən göndərilmiş böyük bir qrup ilə təşkil olunmuşdu. Hadisə iştirakçılarının şəkillərini, videolarını çəkmişdilər, amma onların içərisindən bir nəfər də olsa, sumqayıtlı tapılmadı. Sumqayıtda anadan olub, illərdir burada yaşayan, Sumqayıtın ensiklopediyası adlanan insanlar belə onları tanımadılar. Mən özüm də neçə illərdir bu şəhərdə yaşayıram, insanların çoxu ilə görüşən adamam, amma onların heç birini tanıya bilmədim. Göndərilənlər narkomanlar, özlərini itirənlər, heç nədən qorxmayanlar idilər. Yataqxanada qalan erməni uşaqlardan da istifadə etmişdilər. Nə uşağa, nə qocaya, nə hamilə qadınlara baxırdılar. Əllərində ermənilərin dəqiq ünvanlarının siyahısı olduğundan Sumqayıt əhalisi də daha çox erməni öldürülməsin deyə əllərindən gələni edirdi. Blokların qarşısına iki-üç nəfər adam qoyurdum ki, nə içəriyə, nə də çölə erməni buraxılmasın. Qonşular erməniləri evlərində gizlədirdilər. Onları ESKA klubuna doldurduq və yeməklə təmin etdik.

Təvəkkül Məmmədov həmçinin qeyd edib ki, artıq martın 1-də xarici ölkələrdə Sumqayıt hadisələri barədə videolar göstərilirdi.

Xatırladaq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. (xeberle.com)

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı