Bakı qapılarını ABŞ-ın ən böyük təşkilatının üzünə qapayır

Siyasət 09:42 02.03.2018

USAID-in Azərbaycandan gedəcəyi ilə bağlı iddialar gerçəkləşir; qurumun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman: “Bizim fəaliyyət göstərməyimiz üçün ümumiyyətlə, qapılar açıq deyil”; Rusiya isə Azərbaycanda yeni mərkəz açmağa qərar verdi

“Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var idi. Bununla yanaşı, onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bizim aramızda, USAİD təşkilatının Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb. Bu məsələlər, ziddiyyətlər bizim aramızda olan ikitərəfli yardım sazişi ilə ziddiyyət təşkil edir”.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman Azərbaycana üçgünlük səfərinin yekunları ilə bağlı fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirib (“Turan”).

O deyib ki, Azərbaycan hökumətinin nümayəndələri ilə çox açıq və səmimi şəkildə keçirilən görüşlər zamanı öz fikrini bildirib.

“Sözügedən çətinliklər və məsələlərin aradan qaldırlmasını gözləyirəm. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırmaq istərdim ki, sözügedən görüşlər zamanı mənə maneələrin aradan qaldırılmasına dair zəmanətlər verilmişdi. Sizinlə görüşə gəlməmişdən öncə çox inanmaq istərdim ki, sizə müsbət bir ismarış çatdıra bilim. Amma çox əfsuslar olsun ki, ümumiyyətlə hiss etdim ki, hər hansı bir irəliləyiş olmayıb və problemlər öz yerində qalıb. Ümumiyyətlə, biz Azərbaycanda iqtisadi inkişaf istiqamətində həyata keçirdiyimiz iş baxımından müsbət ismarış çatdırmaqda uğur qazana bilməyəcəyik”, - USAİD-in rəsmisi media nümayəndələrinə deyib.

USAİD ile ilgili görsel sonucu

Brok Birman «Amerikanın Səsi»nin bundan sonra USAİD ilə Azərbaycan arasındakı əməkdaşlığın necə olacağı və Azərbaycanla əsas mübahisə doğuran məsələnin nə olması ilə bağlı suallarının cavabında deyib ki, Azərbaycana səfəri zamanı müxtəlif nazirliklərin təmsilçiləri ilə görüş imkanı əldə edib.

022800008096.jpg (1.62 MB)

“Ədliyyə, Kənd Təsərrüfatı, Vergilər nazirliklərində görüşlər keçirdim. Görüşlər əsnasında müəyyən məsələlərin həll olunması istiqamətində onların yardımını istədik. Bu məsələlər bizim tərəfdaşlarımızın qeydiyyatı və vergilərin ödənilməsinə dair olan məsələlər idi. Əfsus ki, bu məsələlərdə bizə yardım olunmadı”.

USAİD ile ilgili görsel sonucu

O, “Amerikanın səsi”nin “USAİD Azərbaycana hansı istiqamətlər üzrə yardım etmək istəyir ki, - məsələn, demokratiya, insan haqları, vətəndaş cəmiyyəti və sairə, - razılıq əldə olunmur” sualının cavabında belə deyib: “Əslində mənə aydın oldu ki, burada iqtisadi inkişaf istiqamətində bizim fəaliyyət göstərməyimiz üçün ümumiyyətlə, qapılar açıq deyil. Bu kimi ismarıcı mən Vaşinqtona da, bizim tərəfdaşlara da, özəl sektorun nümayəndələrinə də çatdıracam. Mənə elə gəlir ki, hökumət çox açıq olan bir ismarış göndərir. Yəni bu ismarış, çox sağ olun, eyni zamanda da çox sağ olmayın ismarışı kimi səslənir”.

229563_res_01.jpg (1.07 MB)

“USAİD-in Azərbaycanda fəaliyyəti dayandırıla bilərmi” sualına cavabında o, birmənalı heç nə deməyib. Amma aydındır ki, USAİD təmsilçisi  Bakıdan məyus ayrılıb və tezliklə bununla bağlı qərarın veriləcəyi gözləniləndir.   

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vəd vermişdi. Onların sırasında Azərbaycanda da fəaliyyət göstərən USAİD-ə maliyyə yardımını minimal həddə azaltmaq da vardı. ABŞ-ın Azərbaycandaki səfiri Robert Sekuta bu günlərdə deyib ki, USAİD-ə ayrılacaq yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib: “Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir”.

USAİD ile ilgili görsel sonucu

Sirr deyil ki, illərdir ki, ABŞ marağı olan ölkələrdə öz varlığını bu kimi təşkilatlar vasitəsilə göstərib. Təsadüfi deyil ki, bir sıra postsovet ölkələri USAİD də daxil olmaqla, ABŞ təşkilatlarını “rəngli inqilabları hazırlamaqda və maliyyələşdirməkdə” ittiham edib, hətta fəaliyyətlərini dayandırıb.

Yada salaq ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) və Beynəlxalq Respublikaçılar İnstitutu kimi demokratiyaya, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatları da Azərbaycanda fəaliyyətlərini dayandırıblar. İndi isə belə görünür ki, Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ təşkilatlarının sırasına USAİD də daxil olacaq. Hökumətin təşkilatın əsas rəhbərlərindən birinə mesajlarından bunu anlamaq mümkündür. 

ABŞ prezidentinin kəskin tənqid edilən xarici siyasətinin bir parçası olan yardımların USAİD xətti ilə dayandırılmasının maliyyə baxımından Azərbaycana heç bir təsiri ola bilməz. Amma regional-coğrafi yerinə görə həm ətraf ölkələrin, həm Qərbin maraqlarının kəsişdiyi Azərbaycanda ABŞ institutlarının bir-bir ölkəni tərk etməsi yaxşı hal sayıla bilməz.

ABŞ-ın Azərbaycanda fəaliyyətinş məhdudlaşdırması yaxın qonşularımızı Bakıya yerləşməyə həvəsləndirir ki, bunun artıq ilkin siqnalları gəlməkdədir. Xüsusilə Rusiya həm açıq, həm qapalı dairələrdə ortaya qoyduğu mövqeyi ilə “Azərbaycanı daha da yaxınında görmək” istədiyini gizlətmir.

Məsələn, hələ bir neçə ay əvvəl Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Bakıda ofis yaratmaq istəyini dilə gətirmişdi. Dünən isə Rusiya Fövqəladə Hallar Nazirliyi yanında “Emerkom” Rusiyanın Beynəlxalq Humanitar Əməliyyatlarda İştirakının Təminatı və Əlaqələndirmə Agentliyinin direktoru Yuri Brajnikov maraqlı bir açıqlama verib (virtualaz.org).  Yuri Brajnikov deyib ki, ilk dəfə Serbiyanın Niş şəhərində Rusiya-Serbiya Humanitar Mərkəzi yaradılıb: “Bu bizim ümidlərimizi doğrultdu. İkinci mərkəzi İrəvanda açmışıq. Növbəti mərkəz isə Bakıda yaradılacaq”.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hamısı