"Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz. Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz".
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.
Ə.Həsənov sözlərinə belə davam edib: "Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür”.