"Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır" - Əflatun Amaşov | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


"Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır" - Əflatun Amaşov

Siyasət A- A A+
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır.
 
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə deyib.
 
O qeyd edib ki, hazırda 15 qəzetin, 10 informasiya agentliyinin monitorinqi aparılır.
 
Ə.Amaşovun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.
 
Şura sədri bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək: "Hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...