Xaltmaaqiyn Battulqa İlham Əliyevə zəng etdi | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Xaltmaaqiyn Battulqa İlham Əliyevə zəng etdi

Siyasət A- A A+
Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.
 
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...