"ATƏT/DTİHB hesabatda yol verdiyi nöqsanları aradan qaldırmalıdır" Azay Quliyev

Siyasət 20:00 16.04.2018
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏTDTİHB) müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.
 
Azərbaycanda prezident seçkiləri uğurla təşkil edildiyini bildirən A. Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, 8 namizədin hər birinə demokratik və bərabər şərait yaradılıb, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə seçkinin qalibi olub.
 
Vitse-prezident qeyd edib ki, ATƏT DTİHB və Azərbaycan arasında münasibətlərdə ötən illərdə mövcud olan bir sıra ciddi fikir ayrılığı və gərginliklərə baxmayaraq, Azərbaycan hökuməti DTİHB-ni prezident seçkilərini müşahidə etməyə dəvət edib, missiyanın fəaliyyəti üçün bütün imkanları yaradıb. Hətta uzunmüddətli müşahidə missiyasının formalaşması mərhələsində DTİHB-ni xahiş etdiyi və ehtiyac duyduğu müvafiq dəstəyi də verib. A. Quliyev ATƏT PA-nın prezidenti G. Sereteli və baş katib R. Montellaya DTİHB ilə Azərbaycan arasında konstruktiv və davamlı əməkdaşlığı bərqərar etmək, ümumi dəyərlər və prinsiplər naminə tərəflərə yeni imkanlar tapmaqda yardım göstərdiyi üçün təşəkkür edib: "Lakin təəssüf ki, Beynəlxalq Müşahidə Missiyası adından aprelin 12-də dərc edilmiş qeyri-obyektiv, balanssız və ədalətsiz hesabat və mətbuata açıqlama bütün bu səylərə mənfi təsir göstərdi və demək olar ki, onları heçə endirdi".
 
A. Quliyev deyib ki, beynəlxalq fəaliyyətinin 13 ilini ATƏT PA-ya həsr edən bir şəxs və bu qurumun vitse-prezidenti kimi bütün bu problemlər və uğursuzluqlar barədə danışmaq ona çox çətindir: "Mən bir neçə beynəlxalq müşahidə missiyasına rəhbərlik etmiş bir şəxs kimi DTİHB-nin rolunu və vəzifəsini çox yaxşı anlayıram. Ona görə də aparılan müşahidələr və təhlillər əsasında əsaslandırılmış və obyektiv tənqidlərə və tövsiyələrə qarşı heç bir şəkildə etiraz etmirəm. Lakin tənqid və qiymətləndirmə, real faktlar və sübutlar əsasında, ədalətli və balanslı şəkildə hazırlandığı zaman doğru qəbul edilir və ciddiyə alınır. Təəssüf ki, Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin nəticələrini və mətbuata açıqlamasını oxuduqdan sonra onların hər ikisi məndə ədalətsiz, balanssız və tam obyektiv olmayan sənəd təsəvvürü yaratdı. İlkin hesabat seçki kampaniyasının və seçki gününün real vəziyyətini əks etdirmək üçün həm müsbət, həm də mənfi tərəfləri lazımi səviyyədə təqdim edə bilmədi, eyni zamanda əksini tapmış bəzi əsas tənqidi məqamlar isə həqiqətdən uzaq oldu. Bunların hamısı məni Milli Məclisin üzvü və Assambleyanın vitse-prezidenti kimi çox narahat edir".
ATƏT PA-nın vitse-prezidenti çıxışında qiymətləndirmənin ədalətli və tam olması üçün əksini tapması vacib olan, lakin hesabatda və mətbuata verilən açıqlamaya daxil edilməmiş məsələlərə toxunub: "Birinci, hesabatda yazılır ki, digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Bu iradı qəbul etmək mümkün deyil. Çünki seçki prosesini izləyən hər kəs şahidi oldu ki, prezidentliyə bir sıra namizədlər, xüsusilə ADP-nin sədri Sərdar Cəlaloğlu istər İctimai Televiziyadakı debatlar zamanı, istərsə də digər mətbu orqanlarda və sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid edib və buna görə hər hansı məhdudiyyətlə üzləşməyib. İkinci məsələ isə siyasi mühitlə birbaşa bağlı olan sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlıdır. Həm seçkidə iştirak edən namizədlərin, həm də iştirakdan imtina edən siyasi partiyaların sərbəst toplaşmaq azadlığına hörmət edilməsi faktından, buna bariz misal olaraq mart ayının 10-u və 31-də Bakının mərkəzində müxalifətin mitinqlər keçirməsindən missiyanın mətbuata verdiyi açıqlamada bir kəlmə də olsun danışılmır. Üçüncüsü, seçkilərə qatılmaq istəyən və bunun üçün qanunvericilikdə müəyyən edilmiş sənədləri və imzaları təqdim edən hər kəsə bərabər şərait yaradılıb və heç kimin seçki marafonuna qatılmasının qarşısı hər-hansı bir yolla alınmayıb. Dördüncü mühüm məsələ isə budur ki, Azərbaycan əhalisinin 80 faizinin internetə sərbəst çıxışı olması faktı aralıq hesabatdan fərqli olaraq ilkin hesabatda nədənsə "unudulur". Azərbaycanda veb-saytların, xüsusilə sosial medianın təhqirlə tənqidin sərhədlərini belə tanımadan tam sərbəst və heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsi qeyd edilmir".
 
A. Quliyevin vurğuladığı beşinci məsələ isə 11 aprel prezident seçkilərində ilk dəfə tətbiq olunan mühüm yeniliklə bağlı olub: "Bir məsələyə tamamilə laqeyd yanaşılır və hesabatda haqsız və mən deyərdim, bilərəkdən əks olunmur. Bu da  İTV-də debat üçün ayrılmış pulsuz efir vaxtından başqa, ölkə üzrə yayımlanan 6 televiziya kanallarının xəbər proqramlarında bütün namizədlərin seçki təşviqat kampaniyasına pulsuz olaraq geniş yer ayırması, onların seçicilərlə görüşü barədə ətraflı məlumat verməsi faktının qeyd olunmamasıdır. Hətta seçki təşviqatının son həftəsində həmin televiziya kanallarının  xəbərlərində gedən materialların ümumi həcminin 84 faizi digər namizədlərin, yəni rəqiblərin, yalnız 16 faizi YAP-ın namizədinin seçki fəaliyyətinə həsr olunub. Ümumilikdə aralıq hesabatda balanslı şəkildə qeyd olunan bir çox mühüm və müsbət müddəalara ilkin hesabatda ya verilmir, ya da mahiyyəti tamamilə dəyişilir. Bu fakt seçki missiyasının ilkin hesabatının səmimiliyinə və dəqiqliyinə ciddi şübhə yaradır. Mətbuata açıqlamada deyilir ki, "səslərin hesablanmasının yarıdan çoxu mənfi şəkildə qiymətləndirilib". Bu məlumatı oxuyan istənilən şəxs belə düşünəcək ki, Seçki Müşahidə Missiyası mövcud 5,641 seçki məntəqəsinin 3000-dən çoxunu ziyarət edib və hər birində səslərin hesablanması prosesində ciddi pozuntulara şahid olub. SMM-in maksimum 360 müşahidəçisi var idi və onlar əgər bütün imkanlarını səfərbər etsəydilər, maksimum eyni sayda, yəni 360 seçki məntəqəsində səslərin hesablanmasını müşahidə edə bilərdilər. Belə olan halda onlar səslərin hesablanmasının yarıdan çoxunu necə mənfi qiymətləndirə bilərlər? Digər bir diqqəti çəkən məsələ müsahiblərlə aparılan söhbətlərin məzmununun qəsdən "filtrdən keçirilməsidir". Bəyanatda bildirilib ki, onlar bir sıra müsahiblə söhbətlər aparıblar. Şübhəsiz ki, onlara müsahiblər tərəfindən həm müsbət, həm də mənfi hallar və faktlar barədə məlumat verilib, ancaq bəyanatda yalnız mənfi olanlar əksini tapdı. Bu, obyektivliyin hər hansı bir prinsipinə uyğun gəlmir. Bəyanat birtərəfli olduğundan, biz bunu sağlam tənqid adlandıra bilmərik. Belə hərəkətlər bu bəyanatı dərc edən təşkilata olan etibarı artırırmı? Bəyanatda seçki qutularına topa bülletenlərin atılması hallarının olması qeyd olunub. Deyək ki, bir neçə belə hal baş verib. Ancaq hesabatda bu kimi epizodik məqamları ümumi tendensiya kimi təqdim edilib və mətnin əsas hissəsində yerləşdirilib. 5-6 bu cür hala görə bütövlükdə seçki prosesini şübhə altına qoymağa cəhd etmək nə dərəcədə əsaslı və ədalətlidir? Bundan başqa, seçkilərin nəticələrinə dair hesabatın layihəsini hazırlamağa məsul olan üç əsas şəxsdən biri, missiya rəhbərinin müavini Ştefan Krau hələ missiyaya qoşulmadan əvvəl ölkəmə qarşı açıq-aydın mənfi və qərəzli mövqedə olub, "Facebook" səhifəsində Azərbaycanla bağlı bir sıra hörmətsiz və qərəzli paylaşımlar edib. Bir ölkənin simvollarına və rəhbərliyinə sosial media vasitəsilə hörmətsizlik göstərən şəxsin həmin ölkədə keçirilən seçkilərə  necə qiymət verəcəyini yəqin ki, təsəvvür etmək sizin üçün çətin deyil. Nəticə isə göz qabağındadır. Belə bir qərəzli və selektiv yanaşma nəticəsində  DTİHB-nin və bütün müşahidə missiyasının etibarlılığının zədələnməsindən çox narahatam və üzgünəm. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın Mərkəzi Seçki komissiyası hesabatda yol verilən nöqsanları və ziddiyyətli məqamları ətraflı analiz etmiş və aprelin 13-də həmin nöqsanları aradan qaldırmaq üçün ATƏT/DTİHB-ə rəsmi müraciət göndərib. Mən də öz növbəmdə ATƏT/DTİHB-na müraciət edirəm ki, müşahidə zamanı aşkar etdikləri və əsas kimi götürdükləri  bütün sübutları və faktları, əgər varsa Azərbaycan hökumətinə təqdim etsinlər ki, bunlar araşdırılsın və  müvafiq tədbirlər görülsün. Biz Büro üzvü və ATƏT Parlament Assambleyasının rəhbərliyi olaraq öz məsuliyyətimizi unutmamalıyıq,  üzv ölkələrə qarşı yol verilən bu cür qeyri-obyektiv və ədalətsiz yanaşmaya yol verməməli və belə hallar olduğu təqdirdə onun qarşısını vaxtında almağı bacarmalıyıq".
 
A. Quliyev çıxışında toxunduğu bütün məlumatları və faktları ATƏTPA rəhbərliyinə rəsmi şəkildə təqdim edib: "Bu məsələlərə yenidən baxmaq və yekun hesabatda nəzərə almaq məqsədilə DTİHB-na çatdırmağınızı xahiş edirəm. Ümid edirəm ki, zəruri olan addımı atmaq - yol verilmiş çatışmazlıqları və səhvləri düzəltmək heç vaxt gec deyil".
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Hamısı