Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan Televiziyasının (AzTV) “Həftə” proqramının qonağı olub.
Proqramda Əli Həsənovla ölkədə həyata keçirilən struktur dəyişiklikləri, eyni zamanda Prezident İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı, dövlət başçısının toxunduğu mühüm məqamlar ətrafında fikir mübadiləsi aparılıb.
Əli Həsənov Prezident İlham Əliyevin aprelin 18-də Azərbaycanda hakimiyyətin mənbəyinin Azərbaycan xalqı olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. O əlavə edib ki, hakimiyyətin siyasətinin mərkəzində Azərbaycan insanı dayanır.
Proqramın videoyazısını təqdim edirik.