Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı yeni sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə Vüsal Əfqan oğlu Hüseynov təyin edilib.
Qeyd edək ki, millət vəkili Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.