AŞPA-nın Azərbaycana hücumunun pərdəarxası

Siyasət 11:12 28.04.2018

Elçin Mirzəbəyli: “Qurumun sonuncu hesabatı şantaj xarakterlidir və ölkəmizin leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib”

Azərbaycanla Avropa Şurası arasında münasibətlər yenidən gərginləşib. AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və orada Azərbaycanın  insan hüquqları və azadlıqlarla bağlı problemlərin susdurulması yönündə “bazarlıq” etdiyi barədə ittihamın olması, AŞ PA-da korrupsiya faktlarına dair hesabatın qəbul edilməsi, hesabatda Azərbaycanın müxtəlif vaxtlarda AŞ PA deputatlarına və rəhbərliyinə daxil olan şəxslərin ələ alınması üçün müxtəlif addımlar atması iddiaların qeyd olunması münasibətləri ən kritik həddə çatdırıb.

Bundan əlavə, AŞ PA-nın 24 deputatının baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırması “odun üzərinə benzin töküb”. Yaz sessiyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdəki sərt çıxışı məsələnin nə qədər ciddi olduğunu göstərib. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyada çıxışında “Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm” bəyanatını verib.

Azərbaycanın nümayəndə heyətinin kəskin etirazlarına baxmayaraq AŞPA-da korrupsiya ittihamları üzrə müstəqil istintaq orqanının 219 səhifəlik hesabatı plenar iclasda qızğın müzakirələrdən sonra qəbul edilib. Azərbaycan nümayəndə heyəti üzvlərinin buna yol verməmək cəhdlərinə baxmayaraq, 123 deputat sənədin “lehinə” səs verib.

Bir çox siyasi ekspertlər isə hesab edir ki, AŞPA-nın qəbul etdiyi sözügedən “rüşvət hesabatı” müzakirəyə çıxarması və qəbul etməsi həm də bu qurumun özünü də ifşa etməsidir. Əgər orada qeyd olunanların hətta müəyyən bir hissəsi doğrudursa, belə çıxır ki, AŞPA-nın deputatları və rəhbərliyinə daxil olan şəxslər uzun illər rüşvətxorluqla, qurumun elan etdiyi dəyərləri tapdalamaqla məşğul olublar. Bundan sonra da belə etməyəcəklərinə təminat yoxdur.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Bu barədə fikirlərini “Yeni Müsavat”la bölüşən politoloq Elxan Şahinoğlu öncə qeyd etdi ki, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının alınmadığını artıq açıq söyləmək olar: “Bunda hər iki tərəfin günahı var. Biz onların bir qisim tələbini yerinə yetirmədik, onlar isə bizim ordakı deputatların səyi ilə qəbul edilən qətnamələrin icrasını təmin etmədilər. Rüşvətxorluqla bağlı iddialara qaldıqda araşdırılmanın necə aparıldığını demək çətindir. Çünki həmin araşdırmada adları çəkilənlərin bəziləri iddiaların tamamən yalan olduğunu söyləyirlər və bunların içində avropalı deputatlar da az deyil.

Buna baxmayaraq, Azərbaycanın adı mənfi mənada çəkilib. Fikrimcə, Azərbaycan hakimiyyəti özü də daxili araşdırma aparıb qərar verməlidir ki, nə baş verib və Avropa Şurasına daxil olan deputatlarla münasibətlərdə hansı hallara yol verilib?

Bu bizim özümüzə lazımdır ki, həqiqəti bilək. Çünki hətta hesabatda hər şey yalandırsa belə, bu hesabat Avropada müzakirəyə çıxarılıb və ölkəmizin adı mənfi mənada hallanır. Bizim Dağlıq Qarabağ kimi münaqişəmiz var, əsas məramımız torpaqlarımızı işğaldan azad etməkdir. Bu mənada bizim sivil dünyanın dəstəyinə ehtiyacımız var. Ancaq əgər Qərbdə Azərbaycanın adı mənfi mənada çəkilirsə, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə zərər dəyə bilər. Ona görə bizim özümüzə bilmək lazımdır ki, nə baş verib, hesabat nə dərəcədə yalan, nə dərəcədə doğrudur".

Səməd Seyidov ile ilgili görsel sonucu

Səməd Seyidovun “Avropa Şurası mənə lazım deyil” bəyanatına və Milli Məclisin bir sıra deputatlarının Avropa Şurasından çıxmaq çağırışlarına gəlincə, E.Şahinoğlu bildirdi ki, Avropa Şurasında təmsil olunmaq Azərbaycana lazımdır: “Avropa Şurası hansısa deputata lazım deyilsə, Azərbaycana lazımdır. Səməd Seyidova lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən, Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə, istefa ver, qoy başqası ölkəmizi təmsil etsin. Əlbəttə, Avropa Şurasını tənqid etmək hamının haqqıdır, tənqid olunmalıdır da. Ziddiyyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s. Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir. Biz getsək Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə təbliğatını rahat aparacaq. Bumu bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da ”Avropa Şurası bizə lazım deyil" deyənlər unutmasınlar".

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, AŞPA dövlətlərin üzərində nəzarət həyata keçirə biləcək bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmadığı üçün heç bir hüquqi qüvvəyə də malik deyil: “Rüşvət məsələsi bütün dünyada olduğu kimi, Avropa Şurasına üzv olan ölkələrdə də cinayət sayılır. Cinayət əməlinə isə yalnız hüquqi müstəvidə qiymət verilə bilər. İndiki halda əgər rüşvətlə bağlı hər hansı bir hadisə baş vermişdisə, o zaman rüşvət təklif edilən şəxs dərhal hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməliydi. Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar.

Hesabatda rüşvətlə bağlı irəli sürülən bütün ittihamlar şayiə və ehtimallar üzərində qurulub. Hesabata diqqət yetirsək, bu siyasi motivli iddiaların nə üçün irəli sürüldüyünü müəyyənləşdirmək olar. Məsələn, hesabatda qeyd olunur ki,“Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi”. Bu, Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurduğunun etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edirdi? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizm və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s. Yəni Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞ PA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edirdi. Əgər Azərbaycanın lobbiçilik fəaliyyəti kimlərisə narahat edirsə, bu o deməkdir ki, onlar Ermənistan və bu işğalçı ölkə vasitəsilə Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu qorumağa çalışan, terrorizmə və aqressiv separatizmə dəstək verən dairələr tərəfindən satın alınıblar".

Politoloq qeyd edib ki, AŞPA-nın nüfuzu çoxdan zədələnib. Bu qurum artıq xeyli müddətdir ki, qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir. Bu qurumun sonuncu hesabatı isə şantaj xarakterlidir və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib.

Ümumən, müstəqil ekspertlər hesab edir ki, AŞPA-nın “korrupsiya hesabatı” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində  qurulmuş subyektiv mülahizələrdir. Bu, AŞPA-nın “hesabatı” Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyunu kimi qiymətləndirilir.

Habelə, “hesabat” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.  Eyni zamanda o da vurğulanır ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və  müstəqil dövlətlərə təzyiq məqsədi güdür.  Parlament Assambleyasının Azərbaycanla qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirməsi kimi dəyərləndirilir.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı