Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumata münasibət bildirib.
Nazirlikdən bildirilib ki, Ermənistan mətbuatının Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə yaydığı məlumatla bağlı Müdafiə Nazirliyində heç bir məlumat yoxdur.
xxx
Erməni hərbi qulluqçuları ötən gecə Ermənistan-Azərbaycan sərhədini keçməyə çalışan 6 əcnəbini saxlayıb.
Bu haqda Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb.
O, hadisənin başqa təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.