BMT-də Azərbaycan müzakirələri - Təmsilçi Xələfov | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


BMT-də Azərbaycan müzakirələri - Təmsilçi Xələfov

Siyasət A- A A+
Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə baxılacaq.
 
Eurasia Diary BMT-nin Bakı ofisinə istinadla xəbər verir ki, mayın 15-də BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupu Azərbaycanda insan hüquqlarının vəziyyətini üçüncü dəfə nəzərdən keçirəcək.
 
İclas internet üzərindən canlı yayımlanacaq.
 
Azərbaycan UDİ üzrə İşçi Qrupunun 7-18 may tarixlərində növbəti sessiyası zamanı nəzərdən keçiriləcək 14 dövlətdən biridir. Azərbaycan üzrə birinci və ikinci UDİ baxışları müvafiq olaraq 2009-cu ilin fevral və 2013-cü ilin aprel aylarında keçirilib.
 
Qeyd edək ki, müzakirələr Cenevrənin Millətlər Sarayında baş tutacaq.
 
UDİ mexanizmi BMT-yə üzv olan 193 üzv dövlətdə insan hüquqlarının vəziyyətinin dövri təhlilinin həyata keçirildiyi unikal prosesdir.
 
BMT-də baş tutacaq müzakirələrdə Azərbaycanın nümayəndə heyətini xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...