Nazir müavini BMT-də erməniləri susdurdu

Siyasət 19:23 15.05.2018
BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının 3-cü dövri məruzəsinə baxış keçirilib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, UDİ prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir. Beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin hər bir BMT üzvü dövlət tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətdə tövsiyələr verilir. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. X. Xələfov açılış nitqi ilə milli hesabatı diqqətə çatdırıb. O, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatındakı əsasların hələ 100 il əvvəl müsəlman Şərqində ilk parlamentli respublika olan və qadınlara seçki hüququ tanıyan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu deyib. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasının həmin dövrdə əsası qoyulmuş demokratik ənənələrə sadiq olduğunu bildirib.



X. Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində əməkdaşlıq edildiyini və dövri hesabatların vaxtlı-vaxtında təqdim olunduğunu söyləyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkənin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyib və Azərbaycan Respublikası hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında işçi qrupu məlumatlandırıb. Ermənistanın hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X. Xələfov Azərbaycan ərazilərinin 20%-nin Ermənistanın işğalı altında olmasını insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə kimi qiymətləndirib. O, Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü söyləyib və Ermənistanın davam edən təcavüzü nəticəsində ölkəyə 818 milyard ABŞ dolları məbləğində zərər vurulduğunu nəzərə çatdırıb. Xarici işlər nazirinin müavini cari ilin aprel ayının 11-də keçirilən prezident seçkiləri haqqında, həmçinin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsinin davam etdirilməsi, korrupsiyaya və insan alverinə qarşı mübarizə, “ASAN Xidmət”in fəaliyyəti, ədalət mühakiməsinin və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.



Azərbaycan nümayəndə heyətinin təqdimatından sonra təşkil olunan interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən 106 üzv dövlətin nümayəndələri çıxış edərək Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair münasibət bildirib və müvafiq tövsiyələrini səsləndiriblər. Çıxış edənlərin böyük əksəriyyəti insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirərək bu təcrübənin davamını tövsiyə ediblər. Dövlətlər korrupsiyaya qarşı mübarizə, xüsusilə “ASAN Xidmət”in fəaliyyətini, eləcə də Azərbaycanda dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər. Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbəri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı mövqe səsləndirən zaman Ermənistan nümayəndəsi çıxışa müdaxilə etməyə cəhd göstərib, lakin İHŞ sədri Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırıb. İHŞ-nin sədri Azərbaycan nümayəndə heyətinin öz çıxışında ölkəsi üçün vacib hesab edilən istənilən mövzunu qaldırmaqda sərbəst olduğunu Ermənistan nümayəndəsinə bildirib. Bu xüsusda, X. Xələfov ölkədə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi və təşviqi sahəsində əsas çətinliklərin birbaşa olaraq Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində torpaqların 20%-nin Ermənistan hərbi qüvvələrinin işğalı altında olması ilə əlaqəli olduğunu bir daha nəzərə çatdırıb, Ermənistanın bu davranışını məqsədyönlü şəkildə Azərbaycanın Universal Dövri İcmal baxışının gedişatının pozulmasına cəhd kimi qiymətləndirib. Ermənistanın ərazi iddialarını yalnız Azərbaycana qarşı deyil, digər qonşu ölkələrə qarşı da yönəldiyini xatırladan X. Xələfov hərbi ritorikadan istifadə edilməsinin yeni Ermənistan rəhbərliyi tərəfindən də davam etdirilməsinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mənfi təsir etdiyini vurğulayıb. BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş 4 qətnamənin hələ də yerinə yetirilmədiyini qeyd edən nazir müavini, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcəyini bəyan edib.



X. Xələfov Ermənistan hərbi-cinayətkar rejimi tərəfindən törədilmiş Xocalı soyqırımı və öz valideynlərinin qəbrini ziyarət etmək üçün işğal altında olan ərazilərə səfər edən Azərbaycan vətəndaşlarının erməni hərbçiləri tərəfindən girov götürülməsi məsələsini də qeyd edərək dünya ictimaiyyətini bu cür cinayətlərə biganə qalmamağa çağırıb. Ermənistanın bu cinayətlərə və təcavüzün ağır nəticələrinə görə məsuliyyət daşıdığını söyləyən nazir müavini, Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsi hüququnu özündə saxladığını vurğulayıb. İnteraktiv dialoq zamanı çıxış edən dövlətlər tərəfindən səsləndirilən sahəvi sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli nümayəndələri cavablandırıblar. Qeyd edək ki, 17 may 2018-ci il tarixində UDİ üzrə İşçi Qrup tərəfindən Azərbaycanın 3-cü dövri məruzəsinin təqdimatı və səsləndirilən tövsiyələrin əks olunduğu hesabat qəbul ediləcək.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
Hamısı