Trampın Əliyevə 3 məktubu və erməni lobbisi... Əli Həsənov

Siyasət 15:45 30.05.2018
Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir.
 
Bu sözləri Prezidentin köməkçisi Əli Həsənov ötən gün açılışı edilən Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini bildirərkən qeyd edib. Ə.Həsənov Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra onun nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılmasının gündəlikdə duran ən mühüm məsələlərdən biri olduğunu vurğulayıb.
 
Cənub Qaz Dəhlizinin qısa tarixi və texniki göstəriciləri
 
"Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir.
 
Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı-Tiflis-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilmişdir.
 
2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil edilən təbii yanacaq Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur.
 
NABUKKO da daxil olmaqla, təklif olunan müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə, Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirmiş və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürmüşdür.
 
2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat - strateji enerji əməkdaşlığına dair memorandum imzalamış və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılmışdır.
 
2012-ci il iyunun 26-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər.
 
2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanmışdır. TAP və Şahdəniz konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etmişdir.
 
2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonra kı illərdə isə daha üç toplantı keçirilmiş və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.
 
Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunmuş və layihənin gerçəkləşdirilməsinə başlanmışdır.
 
“Cənub Qaz Dəhlizi”nin uzunluğu 3.5 min kilometr təşkil edir. Kəmər 1.2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmində dəyərləndirilir".
 
Əli Həsənov bildirib ki, iyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər:
 
"Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin etmişdir".
 
Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir
 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində qeyd etmişdir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı.
 
Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir.
 
Cənub Qaz Dəhlizi ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell" şirkəti, Bolqarıstanın "Bulgargaz", Yunanıstanın DEPA, Almaniyanın "Uniper", Fransanın "Engie", İtaliyanın "Hera Trading", "Edison" və "Enel" və İsveçrənin AXPO şirkətləridir.
 
Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan əməkdaşlıq Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və digər önəmli layihələrin gerçəkləşməsində baza rolunu oynayır".
 
Prezident köməkçisi vurğulayıb ki, digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına siyasi və mənəvi dəstək göstərmiş və hərtərəfli kömək etmişdir:
 
"ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son 3 məktublarda bildirmişdir:
 
- Azərbaycan və ABŞ mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər;
 
- Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yeksək qiymətləndirir;
 
- qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır;
 
- Azərbaycan firavan və qlobal iqtisadiyyata bağlı ölkədir;
 
- Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir;
 
- Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir;
 
- ABŞ Azərbaycanla 30 illik əməkdaşlığın Cənub Qaz Dəhlizi kimi mühüm nailiyyətini Azərbaycanla birlikdə qeyd edir;
 
- ABŞ Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir;
 
- Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm.
 
Göründüyü kimi, Prezident Donald Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir və bu əməkdaşlığın davam etdirilməsinə sadiq​olduğunu bəyan edir.
 
ABŞ Azərbaycanı regionun güclü, firavan, qlobal iqtisadiyyata bağlı, təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verən ölkəsi kimi qiymətləndirir, Prezident Donald Tramp bundan sonrakı dövrdə də Prezident İlham Əliyevlə işləmək əzmini ifadə edir.
 
ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrinin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir".
 
Ə.Həsənovun sözlərinə görə, buna baxmayaraq, Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan Kristofer Smit, Bred Şerman kimi konqresmenlər hər vəchlə bu əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar:
 
"Onlar Amedika dövlətinin deyil, erməni lobbisinin və Ermənistanın maraqlarını medafiə və ifadə edirlər. Bu tipli şəxslərin Amerikanın dövlət siyasəti və ABŞ rəsmilərinin Azərbaycamna pozitiv münasibəti ilə heç bir əlaqəsi yoxdur".
 
Ə.Həsənov qeyd edib ki, Böyük Britaniya Cənub Qaz Dəhlizinin reallaşmasına güclü dəstək verib, BP şirkəti energetika sahəsində həyata keçirilən çoxsaylı layihələrin əsas investoru olub:
 
"Avropa İttifaqı Cənub Qaz Dəhlizi və digər enerji layihələrinin icrasında çox önəmli rol oynamışdır. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə bu mühüm layihənin əsası qoyulmuş, sonrakı dövrdə də Aİ bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək vermişdir".
 
Cənub Qaz Dəhlizinin əhəmiyyəti
 
"Cənub Qaz Dəhlizi:
 
- qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;
 
- Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. ABŞ Prezidenti D.Tramp bildirmişdir: “Enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı bu il ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir”;
 
- Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq;
 
- Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;
 
- region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq;
 
- regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq;
 
- dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işguzar əlaqələrin inkişafına töhfə verəcək;
 
- regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək;
 
- layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək.
 
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın məhkəmlənməsinə xidmət göstərən qlobal layihədir".
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
Hamısı