Bayrağımız əslində necə asılmalıdır? ARAŞDIRMA

Siyasət 14:59 05.06.2018
Dövlət bayrağının binaların divarlarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara üzü aşağı bərkidilməsi qaydası anlaşılmazlığa və mübahisələrə yol açıb. Belə ki, bəzi yerlərdə dövlət bayrağı dirəksiz şaquli vəziyyətdə asılarkən və ya xüsusi tutqaclara üzü aşağı bərkidilərkən bayrağın mavi zolağı solda, bəzi hallarda isə sağda qalır.
 
APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, bayrağın qeyd olunan formada asılması zamanı hər iki hal yanlışlığa səbəb olur.
 
Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.
 
Qaydalara görə, bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı, binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir. Bu halda ayla ulduz sağ tərəfə baxmalıdır.
 
Azərbaycan dövlət bayrağının binanın divarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara bərkidilməsi qaydası isə Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 29 oktyabr 2013-cü il 317 nömrəli qərarına əsasən müəyyənləşib. Qərarda qeyd edilir ki, Azərbaycan dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfdə yerləşməlidir. Ayla ulduz isə üzü aşağı olmalıdır.
 
Ancaq bu halda bayrağı yenidən üfüqi vəziyyətə qaytaran zaman bayraqdakı zolaqların və ayla ulduzun yerləşməsi qaydalara uyğun gəlmir. Məsələn, bu qaydada asılmış bayraq saat əqrəbinin hərəkətinin əksi istiqamətində (sağdan sola) üfüqi vəziyyətə qaytarılsa, mavi zolaq deyil, yaşıl zolaq yuxarıda olacaq.
 
Yaxud uyğun şaquli vəziyyətdə asılmış bayrağı saat əqrəbinin hərəkəti istiqamətində (soldan sağa) üfüqi vəziyyətə qaytaraq. Bu zaman bayraqdakı zolaqların yerləşməsi qaydası pozulmur. Yəni mavi zolaq yuxarıda, qırmızı zolaq ortada, yaşıl zolaq aşağıda olur. Lakin bu zaman ayla ulduz sağ tərəfə deyil, sol tərəfə baxır. Yəni hər iki hal dövlət bayrağının üfüqi vəziyyətdə yerləşməsi qaydasına uyğun gəlmir.
 
Millət vəkili, hüquqşünas Fazil Mustafa açıqlamasında deyib ki, Nazirlər Kabinetinin qərarının icrasında və bayrağın şaquli vəziyyətdə asılmasında müəyyən problemin ortaya çıxması gözlə görünən məsələdir: “Azərbaycan dövlət bayrağında üç rəngli zolaq var. Bir rəngi olan bayraqlarda belə problem yaşanmır. Amma iki və daha çox rəngli zolaqların olduğu bayraqlarda bu problem ortaya çıxa bilir. Ona görə də dövlət bayrağımızın şaquli asılması ilə bağlı elə variant tapmaq lazımdır ki, problem yaradacaq və təhrif olunan görüntü meydana çıxmasın. Bu baxımdan biz dövlət bayrağının şaquli asılması ilə bağlı problemin gündəmə gətirilməsini müsbət qarşılayırıq. Məsələni normal qərar qəbulu səviyyəsinə gətirmək, dəqiqləşdirmək, cilalamaq yerinə düşərdi”.
 
Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mövqeyini şifahi sorğuya əsasən operativ qaydada öyrənmək mümkün olmayıb.
 
 
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı