TANAP dünyanın gündəmində

Siyasət 12:53 14.06.2018

Qarşıdakı illərdə əhəmiyyəti artacaq layihədən Rusiyanın məmnun qalmaması ona təsir etməyəcək

Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən Transanadolu Boru Kəmərinin (TANAP) iyunun 12-də baş tutan açılış mərasimi regional və beynəlxalq səviyyədə müzakirə mövzusu olaraq qalmaqdadır.

ABŞ, Avropa Birliyi, əksər region ölkələri tərəfindən hadisə yüksək qiymətləndirilir, TANAP və onun tərkib hissəsi olduğu Cənub Qaz Dəhlizinin beynəlxalq əhəmiyyəti vurğulanır.

Niyyətlər reallığa çevrilir

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz twitter hesabında TANAP-ın əhəmiyyəti ilə bağlı paylaşım edib: “TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır.

Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. Cənub Qaz Dəhlizi enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur", - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib.

TANAp açılış ile ilgili görsel sonucu

M.Şevçoviç bildirib ki, AB-nin uzunmüddətli hədəfi azad ticarət, rəqabət və şaxələndirilmiş təchizat, mənbələr və marşrutlara əsaslanan ümumavropa enerji bazarının yaradılmasıdır: “Bu, onu göstərir ki, Enerji Birliyi Avropa İttifaqının sərhədlərində dayanmır və o, güclü xarici ölçüyə malikdir. İnanıram ki, Cənubi Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin davamlı dəstəyi sayəsində davam edəcək və nəticədə 2020-ci ildə Xəzər qazı Avropa İttifaqına çatacaq. Bunun investisiyalar, iş yerləri, istehlakçılar üçün aşağı enerji qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara keçid baxımından tranzit və təyinatlı ölkələrə, onların yerli icmalarına mühüm faydaları olacaq”.

ABŞ Dövlət katibi köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk isə bildirib ki, TANAP Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir.

TANAP layihəsinin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən S.Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”.

Vaxt keçdikcə TANAP-ın əhəmiyyəti daha da artacaq

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza qeyd edib ki, Azərbaycanın və Türkiyənin güclü iradəsi sayəsində həyata keçirilən TANAP-ın əhəmiyyəti bu gün nə qədərdirsə, vaxt keçdikcə daha  da artacaq: “Çünki layihənin həcmi böyüdükcə, bu işin Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini hamı görəcək. Təsəvvür edin ki, söhbət Avropanın enerji ilə təmin edilməsində tələb və təhlükəsizliyin paralel şəkildə yürüməsindən gedir. Bu layihə Azərbaycanı həm iqtisadi, həm də geostrateji baxımdan dünya enerji bazarının önəmli oyunçularından biri halına gətirib. Layihənin həyata keçirilməsində Türkiyə və BP ilə çox ahəngdar şəkildə əməkdaşlıq edən Azərbaycanın 2020-ci ildə TAP layihəsinin də vaxtından əvvəl başa çatdırılması üçün öz üzərinə götürdüyü məsuliyyətin altından uğurla çıxacağı artıq qətiləşib”.

TANAp açılış ile ilgili görsel sonucu

Ukrayna prezidenti Petro Poroşenko deyir ki, ölkəsi enerji təchizatı mənbələrini diversifikasiya etməyə və TANAP-dan Bolqarıstan və Rumıniya vasitəsilə təbii qaz almağa hazırdır.

Ukrayna prezidentinin sözlərinə görə, TANAP yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün Avropa, o cümlədən Ukrayna üçün vacib layihədir. Poroşenko bildirib ki, Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa Birliyinin enerji təhlükəsizliyi təmin olunub: “Bu, Ukraynanın enerjidaşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq”.

Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev qeyd edib ki, 2020-ci ildə “Şahdəniz-2" qazı Bolqarıstanın qaz istehlakının 25-30 faizini təşkil edəcək. O bildirib ki, Bolqarıstan Azərbaycanı Cənub-Şərqi Avropa regionu üçün əsas təbii qaz mənbələrindən biri hesab edir: ”Azərbaycan Cənub Qaz Dəhlizinin həm əsas mənbəyi, həm də tərəfdaşıdır. Bolqarıstan 2020-ci ildən Cənub Qaz Dəhlizi ilə nəql olunacaq “Şahdəniz-2" qazının alıcılarındadır və Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) vasitəsilə ildə 1 milyard kubmetr ”Şahdəniz" qazı alacaq".

TANAp açılış ile ilgili görsel sonucu

SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev hesab edir ki, Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək.

R.Abdullayev TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: “Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq və əməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə TANAP-ın istifadəyə verilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib: “Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə vəsaiti və ölkəmizə investisiya qoyuluşu yox dərəcəsində idi.  Bu gün isə Azərbaycan dünyanın ən nəhəng neft-qaz layihələrində iştirak edir. Daha doğrusu, dünya neft siyasətində mühüm bir oyunçuya çevrilib. Bu kimi nailiyyətlər barədə çox danışmaq olar.  Bütün bu uğurlar onun nəticəsidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil siyasət yeridib. Təbii sərvətlərinin sahibi olduğunu konkret əməllərlə nümayiş etdirib.

Müstəqilliyin ilk illərindən təzyiqlərə baxmayaraq, 1994-cü ilin sentyabrın 20-də “Əsrin Müqaviləsi”ni imzalamaqla gələcək üçün böyük təməl qoyuldu. Bu gün isə dünyanın ən nəhəng transmilli neft-qaz layihələri Azərbaycan vasitəsilə həyata keçirilir. TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu xətti, qədim İpək Yolunun bərpası ilə əlaqədar görülən işlər Azərbaycanın müstəqilliyini gücləndirir, iqtisadi təhlükəsizliyini təmin edir. Bütövlükdə isə yaxın və uzaq gələcək üçün möhkəm, siyasi-iqtisadi əsaslar yaradır. Adlarını çəkdiyimiz layihələr Azərbaycan üçün daimi konseptualdır, gəlir mənbəyidir, siyasi mövqedir və  daimi iş yerlərinin yaradılmasıdır. Son nəticə etibarı ilə isə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxması üçün möhkəm bünövrədir".

Onu da qeyd edək ki, TANAP-ın açılışı Azərbaycan qazının Avropaya çatdırılmasına qarşı olan qüvvələrin də diqqətindən yayınmayıb. Belə ki, bütövlükdə Cənub Qaz Dəhlizini özünə rəqib sayan Rusiyanın müxtəlif KİV-lərində layihə əleyhinə materiallar dərc olunub. Həmin materiallarda müxtəlif “ekspert”lərə istinadla CDQ-nin hər hansı əhəmiyyətinin olmadığı, bu dəhlizlə Avropaya çatdırılacaq qazın maya dəyərinin Rusiya qazından yüksək olduğu, dəhlizin bir hissəsi olan TAP-ın İtaliya hissəsinin çəkilməyəcəyi və sair iddialar səsləndirilir.

İqtisadçı-alim Vüqar Bayramovun dediyinə görə, strateji əhəmiyyəti ilə yanaşı, Cənub Qaz Dəhlizinin icrası sayəsində Azərbaycan mövcud qiymətlərlə 150 milyard dollara yaxın gəlir əldə edəcək: “Bu baxımdan, TANAP-ın açılması Azərbaycan üçün həm də iqtisadi nöqteyi-nəzərdən çox vacib layihədir. Cənub Qaz Dəhlizi Rusiyadan yan keçən layihə olduğu üçün Moskvanın ondan məmnun olmaması aydın məsələdir. Lakin bu mövqeyə baxmayaraq, artıq proses gedir, işlərin çoxusu həyata keçirilib. TAP-a İtaliyada yaradılan problemlər müəyyən vaxt itkisinə səbəb ola bilər, lakin kəmərin çəkilişinin qarşısını ala bilməz. Çünki bu layihə üçün siyasi qərar ən yüksək səviyyədə verilib”.

Xatırladaq ki, TANAP-ın təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP-ın dəyəri 8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

TANAP 2019-cu ilin ortalarında TAP-a təbii qaz verə biləcək vəziyyətdə olacaq. TAP-ın fəaliyyətə başlamasının isə 2020-ci ilin ortalarında baş tutacağı nəzərdə tutulur.

Mühəndis-texniki hesablamalara əsasən, TANAP ən az 30 il müddətində fəaliyyət göstərəcək. Bu müddət ərzində “Şahdəniz” yatağından hasil olunan təbii qaz TANAP üçün yetərlidir. İstismar müddəti başa çatandan sonra bu kəmər üzərində texniki reabilitasiya işləri görüb onun fəaliyyətini yeni müddət üçün uzatmaq mümkün olacaq.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51 faiz, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7 faiz, BOTAŞ 30 faiz, BP 12 faiz paya malikdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. (musavat.com)

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Hamısı