“Bizim əsas hədəfimiz torpaqlarımızı işğaldan azad etməkdir” Əli Əhmədov

Siyasət 17:26 20.06.2018
"Otuz il əvvəl Azərbaycanda həyatımızı kökündən dəyişən və cəmiyyətimizi narahat edən qaçqın və köçkün problemi indi dünyanın bir çox ölkələrini, qitələrini təlatümə salır".
 
Eurasia Diary xəbər verir ki, bu sözləri 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə baş nazirinin müavini Əli Əhmədov deyib. O bildirib ki, hazırda dünyada 68 milyondan çox qaçqın var: "Ancaq bu problemin həlli üçün atılan addımlar az görünür. Azərbaycanda hazırda hər on nəfərdən biri qaçqın və məcburi köçkündür. Dünyanın istənilən ölkəsi ilə müqayisə etsək, Azərbaycanda bu problemin daha ağır olduğunu görərik. Azərbaycanda qaçqın və məcburi köçkün problemini diqqətə çatdırmaq istəyirəm".
 
Baş nazirin müavini qeyd edib ki, bu gün dünyada siyasətçilər, dövlətlər problemin həlli üçün səylər göstərirlər: "Amma görünür, dünyada ədalət pozulub ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Ədalətsizlik, separatizm, başqalarının ərazilərinə göz dikmək halı olmasaydı, dünyanın baş ağrısına çevrilmiş qaçqın və məcburi köçkün problemi belə ağır olmazdı. Etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və köçkünə çevrilməsinə biganə yanaşılan zaman düşünülməli idi ki, bu problem gələcəkdə bütün dünya üçün bir bəlaya çevriləcək. Bu ağrını üzərində hiss etməyən ölkələr Azərbaycanın yaşadığı ağrılara lazımi diqqət göstərmədilər. Nəticədə vaxtilə Azərbaycanı titrədən bu problem indi dünyanı silkələməyə, məhvərindən çıxarmağa qadir problemə çevrilib”.
 
Ə. Əhmədov nəzərə çatdırıb ki, dünyanın səylərini birləşdirərək qaçqın və məcburi köçkün problemini aradan qaldırmasına ehtiyac var: “Qaçqın axını ilə üzbəüz qalıb, bu problemi həll etməyə çalışan ölkələri anlayırıq. İlk növbədə dünyada səylər qaçqın və köçkün problemini yaradan səbəbin aradan qalxmasına yönəlməlidir. Mən bu tədbirdə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı şəkil görmədim. Tədbirin təşkilatçılarına sual verəndə dedilər ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşıb. Ancaq insanlar nə qədər öz torpağına, evinə qayıtmayıb, bu mənəvi əzabı çəkəcək. Bu mənada tədbirin təşkilatçılarının məntiqini qəbul etmək istəmirəm. Çalışmalıyıq ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. 30 il keçib, bu insanlar yurd-yuvalarına qayıtmalıdır. Əgər biz həqiqətən ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Həm də ona görə ki, bu problem daha qlobal xarakter almasın, daha çox dövlətlər qaçqın axınının qarşısında əlacsız vəziyyətə düşməsinlər. Əks halda, bütün dünyada bu problem dərinləşəcək. Etnik təmizləmə və separatizmi yaradan qüvvələr öz yerində oturdulmalıdır. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq. Bizim əsas hədəfimiz torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz torpaqlarına qaytarmaqdır. Biz istərdik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu mövqeyini dəstəkləsin”.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı