Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiq edib.
“RİA Novosti” xəbər verir ki, Rusiya prezidenti bununla bağlı sərəncamı bu gün imzalayıb.
Qeyd edək ki, iyunun 22-də Rusiyanın baş naziri Dmitri Medvedyev Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib və imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilməsinə dair qərar imzalayıb.
Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuş sammitində imzalanaraq qəbul edilməsi gözlənilir.