BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycana yeni təyin olunmuş Nümayəndəsi Yaponiyadan gəlmiş humanitar missiya üzvlərini qəbul edib

Siyasət 11:55 02.07.2018
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş Nümayəndəsi cənab Quido Ambroso “Fuji” humanitar missiyasına başçılıq edən tanınmış yaponiyalı alim Doktor Akio Kanaini ilə görüşüb. Bakı, Azərbaycan, 2 iyul 2018. Foto/BMT QAK

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş Nümayəndəsi cənab Quido Ambroso xidməti fəaliyyətinə tanınmış yaponiyalı alim və mötəbər Nansen Qaçqın Mükafatının laureatı Doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda səfərdə olan “Fuji” humanitar missiyasının altı nəfər optometrist mütəxəssisindən ibarət heyətini qəbul etməklə başlayıb.

Bu, “Fuji” humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. Bu gün başlayan missiya 11 iyul 2018-ci il tarixədək davam edəcək.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət 3-5 iyul tarixlərdə Gəncədə, 6-7 iyul tarixlərdə Şəmkirdə, 9 iyul tarixində isə Bakı şəhərində keçiriləcək. Missiyanın sonunda heyət rəhbərlərinin yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Yaponiyanın “Fuji” humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.  Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün “Fuji” humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə etmiş və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.

Ümumiyyətlə, Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuji” humanitar missiyası Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 160 min eynək ianə edib, Azərbaycan da daxil olmaqla bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyalarını həyata keçirib.

Yaponiyanın “Fuji” humanitar missiyası görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası çərçivəsində humanitar təşəbbüsləri BMT QAK və Azərbaycan Hökuməti tərəfindən, həmçinin benefisiarlar tərəfindən daim yüksək qiymətləndirilib. Bu səylər Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə anlayış və rəğbət nümayiş etdirir. Azərbaycan Hökumətinin də tövsiyə dəstəyi ilə Doktor Akio Kanai 2006-cı ildə Nansen Qaçqın Mukafatına layiq görülmüş və həmin mükafatdan əldə etdiyi vəsaiti Beyləqan rayonunda məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə yönəldib.

BMT QAK milli hökumət qurumları ilə əmədaşlıq şəraitində dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi və rifahı üçün beynəlxalq müdaxilələrin idarə olunması və əlaqələndirilməsi vəzifəsini daşıyır. Təşkilat məlumatlılığın artırılmasına və didərginlik problemləri həllini tapana qədər Azərbaycandakı didərgin insanlara dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağı qarşısına məqsəd qoyub.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı