Ermənistan ABŞ-a satılır Rusiyadan Qarabağ mesajı

Siyasət 09:40 03.07.2018

Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi.

Bu sözləri Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Rusiya-Ermənistan birliyinin artıq çat verdiyi hiss olunur:

“İki ölkə arasında münasibətlər günü-gündən pisləşir. Bizim torpaqlarımızın işğalında rus amili çox böyük rol oynayıb. Rusiyanın dəstəyi olmasaydı, torpaqlarımız heç vaxt işğal olunmazdı. Bu günə qədər bu konfliktin həll olunmaması da məhz Rusiya amilinə görədir. İndi Ermənistan-Rusiya münasibətlərində belə çatların yaranması, ciddi narazılıqların baş qaldırması bizim üçün müsbət haldır. Proseslər bu istiqamətdə inkişaf edərsə, Rusiya hansısa mərhələdə bugünkü Ermənistan hakimiyyətini öz dəstəyindən məhrum edə bilər. Belə olan halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan Ordusunun üstünlüyü göz qabağındadır. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır”.

E.Namazov bir neçə maraqlı məqama da toxunub:

“Bu konfrans keçirilməzdən öncə Ermənistan prezidenti Armen Sərkisyan ABŞ-a səfər etmişdi. Ermənistanın prezidenti orada 4 gün ABŞ Dövlət katibi Pompeonun qəbuluna düşə bilmək üçün gözlədildi. Burada başqa bir maraqlı hadisəni xatırlatmaq istəyirəm. Mən hakimiyyətdə çalışdığım dövrdə Heydər Əliyev BMT-nin Baş Assemblyasının iclaslarında iştirak etmək üçün səfərlər edirdi. Həmin səfər zamanı ABŞ-ın Prezidenti Bill Klinton idi. Klinton iclasda iştirak etmək üçün Vaşinqtondan Nyu Yorka 2-3 saatlıq gəlirdi. Bu zaman çərçivəsində Klintonun sadəcə 2, ya da 3 ölkə prezidenti ilə görüşmək imkanı olurdu. Hər zaman ulu öndər Heydər Əliyev həmin 2-3 prezidentin sırasında idi. Ermənistan prezidenti isə indi 4 gündür ki, ABŞ dövlət katibinin qəbuluna düşmək üçün gözləyir. Yəni daim ermənilərin iddiaları onların imkanlarından, resurslarından az olub. Onlar daim xarici dəstəyə ehtiyac duyublar”.

E.Namazov vurğulayıb ki, indiki Ermənistan hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq olan bir konsepsiya irəli sürür:

“Rusiya da bunu görür. Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar, sanksiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir. Nə qədər ki Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. Eyni zamanda, bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses isə bu gün sürətlə davam edir”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, tarixən bizim regionda başqa geopolitik oyunçuların arasında intriqalar salmaq, qonşu dövlətlərin, xalqların torpaqlarını xarici aktorların hesabına zəbt etmək ermənilərin xislətindədir:

“Onlar 100 il bundan əvvəl apardıqları siyasəti bu gün də davam etdirirlər. Hər zaman özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar. O vaxt da onlar özlərini böyük dövlətlərə təklif edirdilər, bu gün də. Amma son nəticədə həmişə bu yanaşma onların başında çatlayır. Hər zaman ermənilər əzilən tərəf olmağa məhkumdurlar. Bu dəfə də onların sonu belə olacaq”.

Politoloq vurğulayıb ki, ermənilərin SSRİ dağıldığı dövrdə başladığı geopolitik intriqalar yenə onların başında çatlayacaq:

“İndi biz o mərhələyə yaxınlaşırıq. Azərbaycan dövləti bütün sahələrdə ermənilərdən üstündür. Bu gün Azərbaycanın nüfuzu, mövqeyi, imkanları daha da genişlənib”.

Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib. Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeni Baxrevski, ekspert Dmitri Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa və s. müzakirələrdə iştirak edib, Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər. (axar)

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
Hamısı