Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR Ermənistan rəhbərliyi...

Siyasət 17:12 05.07.2018
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il “aprel müharibəsi” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində “Azərbaycan – Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyevi məhv etməyə çağırmasından danışıb.
 
Duqin Savelyevin təşkilatçılığının normal hal olduğunu vurğulayıb.
 
“Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri funksiyasını yerinə yetirməyə borcludur. Rusiyanın mövqeyi bu gün Cənubi Qafqazda görmək istədiyi sülh mövqeyidir. Hazırda Bakı ilə Moskva arasında aktiv yaxınlaşma var. Azərbaycan tədricən Rusiyanın daha əhəmiyyətli, çəkisi, nüfuzu olan etibarlı müttəfiqi olur. Və bu heç də Rusiyanın müttəfiqi olan Ermənistanın maraqlarına zidd deyil. Lakin Ermənistanın bəzi nümayəndələri deyir ki, Rusiya Ermənistanın müttəfiqi olduğuna görə Azərbaycana qarşı çıxmalıdır. Belə fikir var ki, Rusiya Ermənistanı tamamilə dəstəkləyir və ona Azərbaycanla müharibə aparmağına kömək edir. Bu tamamilə yalandır. Çünki Rusiya Ermənistanın müttəfiqidir, əslində isə Rusiya hazırda əsas strateji müttəfiq kimi Azərbaycanı görür. Məhz buna görə Azərbaycanda belə bir konfrans keçirildi”, - deyə o vurğulayıb.
 
Duqin qeyd edib ki, Azərbaycanın Rusiyanın tək müttəfiqi olması haqda tezis səslənən kimi Rusiyadakı erməni lobbisi “dişlərini göstərdi”: “Mən Bakıda konfransın təşkilatçısı idim, bu konfransda antierməni fikirlər deyilməyib. Rusiya-Azərbaycan arasında yaxınlaşmadan danışıldı, əməkdaşlığın inkişafı vurğulandı. Həmçinin, Ermənistanın əvvəlki rəhbərliyinin razılığına uyğun olaraq, beş rayonun Azərbaycana qaytarılması ilə münaqişənin sülhlə həll edilməsinə ehtiyac qeyd olundu”.
 
Duqin əlavə edib ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyətlidirsə, 5 rayonun qaytarılması xəttini davam etməlidir: “Çünki bu şəxslər arasında yox, dövlətlər arasında razılıqdır. Çox dövlətdə rejim dəyişir, lakin əvvəlki rejimlərin borclarını yerinə yetirirlər”.
 
Duqin Rusiyada erməni lobbisinin onların Cocuq Mərcanlıya səfərinə qarşı çıxmasını sərt şəkildə tənqid edib.
 
“Belə çıxır ki, Rusiyada kimin hara gedib-getməməsini ermənilər həll edir. Ermənistan KİV-lərində yayılan məlumatlar və sosial şəbəkələrdə ermənilərin fikirləri göstərdi ki, onlar Rusiya ilə ittifaqdan öz şəxsi maraqları üçün istifadə etmək istəyirlər. Hərçənd, bu gün Ermənistan NATO ilə yaxınlaşmağa cəhd edir, həm də Azərbaycanla Rusiyanın yaxınlaşmasını pozmağa çalışır. Bu, ədəbsiz yanaşmadır və əsl tərəfdaşın davranışı deyil”, - deyə o diqqətə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
20:35 19.05.2024
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
Hamısı