"Uğurlarımız, ilk növbədə, insan kapitalının düzgün istifadəsinin bəhrəsidir" Prezident İlham Əliyev

Siyasət 19:29 06.07.2018

Azərbaycan indi dünyanın yüksək templə irəliləyən ölkələrindən biridir. Qazandığımız uğurlar, ilk növbədə, insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o cümlədən xaricdə təhsil proqramı onların elmə cəlb olunması üçün lazımi şəraiti təmin etmişdir. Azərbaycanda mövcud olan Milli Elmlər Akademiyası, çoxsaylı universitetlər və Elmin İnkişafı Fondu gənc alimlər nəslinin yetişdirilməsinə xidmət göstərir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 63-cü kitabında yer alan bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Gənc Alimlərin Ümumdünya Bakı Forumunun iştirakçılarına məktubundan götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 63-cü kitabındakı materiallar 2014-cü ilin mayından iyulunadək olan dövrü əhatə edir.

Nəşrdə Azərbaycan Prezidentinin Vyetnama rəsmi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə toplantısında iştirak etmək üçün Çinə işgüzar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar, Yunanıstana dövlət, Fransaya işgüzar səfərləri, habelə İsveçrə Konfederasiyasının Prezidentinin, Avropa Komissiyasının sədrinin Azərbaycana səfərləri zamanı dövlətimizin başçısının keçirdiyi görüşlərə, apardığı danışıqlara, eləcə də imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.

Kitabda Prezident İlham Əliyevin Türkiyə, Türkmənistan, Böyük Britaniya, Rusiya, Çexiya, Qazaxıstan, ABŞ və başqa dövlətlərin, ATƏT, NATO və digər beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe nümayiş etdirib, diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Prezident İlham Əliyevin Bakıda keçirilən XX Azərbaycan Beynəlxalq qida sənayesi və VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin, XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının plenar iclasının açılış mərasimlərində, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsində iştirakı haqqında informasiyalar və dövlətimizin başçısının nitqləri ilə də 63-cü kitabda tanış olmaq mümkündür.

Kitabda, həmçinin dövlətimizin başçısının Azərbaycan Gənclərinin VII Forumunun, “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətlərinin, Avropanın “Neurope.eu” informasiya portalına müsahibəsinin mətnləri yer alıb.

Çoxcildliyin bu kitabında Azərbaycan Prezidentinin Neftçala rayonuna səfərinə, orada ictimaiyyət nümayəndələri ilə görüşünə, Bakıda sosial infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri zamanı hərbçilər qarşısında çıxışı, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqləri verilib.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 63-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub. (trend)

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Hamısı