Argentina Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır.
Bunu Argentinanın Ermənistandakı səfiri Qonazlo Urriolabetiya deyib.
Argentinalı diplomat hesab edir ki, münaqişənin birdəfəlik həlli üçün ən yaxşı variant diplomatik müzakirələrdir:
“Qarabağ məsələsinin sülh yolu ilə həlli bölgənin təhlükəsizliyi baxımından da əlverişlidir. Bunun üçün tərəflər səylərini artırmalıdırlar. Hesab edirəm ki, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş ATƏT-in Minsk qrupu ilə mümkündür”.