Brüssel zirvəsi ərəfəsində Bakıdan mühüm Qarabağ mesajları

Siyasət 10:06 11.07.2018

Azərbaycan danışıqların dalandan çıxması üçün ən optimal “Yol xəritəsi” göstərdi: “Ermənistan inkişaf eləmək istəyirsə...”; eks-diplomatdan Brüssel görüşləri ilə bağlı maraqlı şərh: “İrəvanın hiyləgər planı var...” 

Bu gün - iyulun 11-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş planlaşdırılır. NATO-nun zirvə toplantısı çərçivəsində baş tutacaq görüş işğalçı ölkədə hakimiyyət çevrilişindən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk təmas olacaq. Məmmədyarov belə deyib.

Azərbaycan XİN başçısı görüş ərəfəsində “AzərTAc”a verdiyi geniş müsahibədə İrəvana Bakının mesajını da çatdırıb:“Ermənistan rəhbərliyi anlamalıdır ki, konfliktin həlli onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər. Əgər onlar (yeni iqtidar - red.) da Sərkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir. Bu, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox”.

*****

Azərbaycan XİN başçısının qoyduğu suala cavab əslində rəsmi İrəvanın bir daha sülh, yoxsa müharibə istədiyinə aydınlıq gətirəcək. “Yeni Müsavat” xatırladır ki, Bakı və İrəvan arasında Qarabağla bağlı son ən yüksək səviyyəli təmas ötən ilin oktyabrında Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan arasında olub. Lakin həmin görüş də nəticəsiz bitib. Ardınca Azərbaycanda və Ermənistanda keçirilən prezident və baş nazir seçkiləri, daha sonra işğalçı ölkədə yaşanan hakimiyyət dəyişikliyi səbəbindən, daha dəqiqi, qarşı tərəfin maksimalist mövqeyi üzündən danışıqlar dalana girib.

Brüssel görüşü sülh prosesini dalandan çıxarmaq üçün şans hesab edilir. Lakin bu şans Elmar Məmmədyarovun da vurğuladığı kimi, yalnız Ermənistan konstruktiv mövqe tutacağı halda reallaşa bilər. Əfsus ki, buna ümidlər olduqca azdır. Hər halda, Ermənistanın yeni populist baş nazirinin Qarabağla bağlı verdiyi açıqlamalar, irəli sürdüyü absurd tələblər indilikdə belə bir qənaət yaradır.

Ancaq belə yanaşmanın altını ən çox elə işğalçı ölkənin  özü çəkəcək. Azərbaycan prezidenti İlham Əliyev ötən bazar yarım ilin yekunlarına həsr olunmuş müşavirədə etdiyi çıxışda diqqəti bir daha buna yönəldərək, işğalçı ölkənin yeni rəhbərliyini konstruktiv danışıqlara çağırıb. Əks halda, erməni xalqının iztirablarının davam edəcəyini, Ermənistanın indikindın də ağır duruma tuş gələcəyi barədə xəbərdarlıq edib. 

*****

“Baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir... Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”, - deyə ölkə başçısı qeyd edib.

Prezident bildirib ki, Ermənistanı indiki ağır vəziyyətə salan onların işğalçı siyasətidir: “Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi... Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək. Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq”.

Ölkə başçısı onu da deyib ki, ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. “2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən”, - deyə İlham Əliyev qeyd edib.

*****

Brüssel sammiti ile ilgili görsel sonucu

Həm Azərbaycan prezidentinin, həm də Azərbaycan XİN başçısının Qarabağ mövzusunda son çıxışları işğalçı tərəfin, nəhayət, ağla gəlməsi üçün çağırış olmaqla yanaşı, eyni zamanda sülh danışıqların dalandan çıxarmağa yönəlik ən optimal “Yol xəritəsi”dir, hərəkət planıdır. Qalır ondan rasional istifadə. Düşmən ölkə acı gerçəyi ciddiyə alıb da, “daşı ətəyindən” tökəcəkmi?

Suala cavabı təxminən bu gün biləcəyik. Əgər işğalçı ölkə yenə də şablon mövqe sərgiləyib “qalib tərəf” ovqatından çıxış eləsə, böyük sülh anlaşmasından qaçsa, o zaman indiki hökumətlə, ümumiyyətlə, danışıqlar aparıb vaxt itirməyin anlamı qalmayacaq və müharibə konfliktin yeganə həll yolu kimi gündəliyə gələcək.

*****

XİN başçılarının Brüssel görüşü ərəfəsi Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  Ermənistanın yeni rəhbərliyinin Qarabağ məsələsində də birbaşa dəxli olan bəzi hiyləgər gedişləri haqda danışıb (axar.az). Öncə Ərdoğanın Bakı səfərinə toxunan politoloq Azərbaycan və Türkiyə liderlərinin Qarabağ məsələsini də müzakirə edəcəklərini istisna etməyib və Ərdoğanın Bakıdan sonra Brüsselə gözlənilən səfərinə diqqət çəkərək bəzi siyasi məqamlara işıq salıb: “Türkiyə NATO-nun bölgədəki əsas oyunçularından biridir. Onun Alyans üçün əhəmiyyəti dəfələrlə, müxtəlif səviyyələrdə qeyd olunub. Bu baxımdan Türkiyənin orada iştirakı Azərbaycan üçün də çox vacibdir.

Ä°lgili resim

Çünki ermənilər ölkələrinin təhlükəsizliyi məsələsində NATO-nun bu və ya digər şəkildə Ermənistanla tərəfdaşlığı artırmasını və daha çox əməkdaşlıq etməsini istəyirlər. Ermənistan hakimiyyəti artıq yeni bir siyasi model üzərində işləyir. Yəni onlar Qərblə siyasi, iqtisadi, mənəvi və digər sahələrdəki əlaqələrini genişləndirmək xətti yürüdürlər. Ermənistan XİN başçısı qeyd edib ki, hazırda ölkəsi üçün ən önəmli məsələ təhlükəsizliklə bağlı zəmanətlərə fasilənin verilməməsidir. Mnatsakanyan burada ilk növbədə Ermənistanın təhlükəsizliyinin birbaşa xarici faktorlarla bağlılığını nəzərdə tutur. Yəni Rusiya Ermənistana verdiyi təhlükəsizlik zəmanətindən əl çəkərsə, İrəvanın bu zəmanəti xarici qurumlardan ala biləcəyinə işarə edir. Onların Brüsseldə NATO-nun zirvə toplantısına böyük nümayəndə heyəti ilə qatılmaları heç də təsadüfi deyil. Gələcək hadisələrin cizgiləri təxminən bundan ibarətdir. Hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyini isə zaman göstərəcək”.

Lakin işğalçı ölkə gərək bunu da unutmasın ki, istənilən ölkə üçün ən böyük, ən etibarlı təhlükəsizlik zəmanəti ilk növbədə onun öz qonşuları ilə sülh və əmin-amanlıq içində olmasıdır. Ermənistan iki əsas qonşusu - Türkiyə və Azərbaycanla normal münasibətlər qurmayınca, işğal siyasətindən əl çəkməyincə, üzünü beynəlxalq hüquqa çevirib də öz qonşularının ərazi bütövlüyünü tanımayınca, heç bir dövlət, qurum ona arzuladığı təhlükəsizlik zəmanətini verməyəcək - istər Rusiya olsun, istərsə də Qərb və ya NATO.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Hamısı