Rus müxbir Qarabağda yolunu azdı Azərbaycanın işğal edilmiş ərazisində MOBİL TOQQUŞMA

Siyasət 15:28 19.07.2018
Bir müddət öncə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mobil operatorun qondarma rejimin inhisarında olması işğal altındakı torpaqlara yerləşdirilən ermənilər tərəfindən narazılığa səbəb olmuşdu. Söhbət “Qarabağ-Telekom” mobil operatorundan gedir. Etirazlardan sonra qondarma rejim mobil bazarının şaxələndirilməsi haqqında qərar qəbul etdi.
 
Rusiyanın “CNews” informasiya-texnologiya saytının müxbiri Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkərək, mobil bazarla bağlı vəziyyəti öyrənib.
 
Qeyd edək ki, saytın müxbiri Qarabağa Azərbaycanın rəsmi icazəsi olmadan Ermənistan ərazisindən gedib.
 
Saytın müxbiri yazır ki, o, İrəvanda aeroportdan düşəndə yeni SİM kart alıb.
 
“Aeroportda SİM kartı pasportsuz almaq mümkündür. Lakin hava limanından çıxandan sonra onu pasportla 2,5 min drama (323 rus rublu) ala bilərsiniz. Hətta pulu rus rublu ilə də ödəyə bilərsiniz. SİM kartlar “Veon Ermənistan” operatoruna məxsusdur. Ticarət markası “Beeline”dir. Bu marka Rusiyanın “Vımpelkom” şirkəti ilə birlikdə “Veon” qrupuna daxildir”, - deyə reportajda bildirilir.
 
Reportajın müəllifi daha sonra işğal altındakı Dağlıq Qarabağa gəlib. O, yazır ki, Qarabağda mobil əlaqə ilə problemlər başlandı: “Rusiya SİM kartı işləmədi. Sonra məlum oldu ki, “Qarabağ-Telekom”da Rusiya rominqi var, lakin yalnız “Meqafon”la işləyir. Maraqlıdır ki, “Meqafon”un saytında rominq bölməsinə “Dağlıq Qarabağ” axtarışı verəndə bura Azərbaycanın ərazisi kimi göstərilir. Ermənistanın operatorlarının da Dağlıq Qarabağda rominqi var, lakin tariflər üç dəfə bahadır”.
 
Rusiyalı müxbir “Qarabağ-Telekom”un ofisində olub və oradakı problemləri işıqlandırıb. Daha sonra erməni ailəsinə qonaq qalıb. Bir gün sonra isə Ağdam istiqamətində yola çıxıb.
 
“Taksi sürücüsü yolu azaraq Azərbaycan Ordusunun mövqelərinə doğru hərəkət etdi. Biz bunu Rusiya operatorunun xəbərdarlığı sayəsində bildik. Cəbhəyə yaxınlaşdıqda Rusiya operatorunun SİM kartı “Bakcell Azərbaycan” operatoru ilə birləşmə nəticəsində işləməyə başladı. Cəbhə boyu artilleriya qurğularını görəndə də biz azdığımızı anladıq və geri qayıtdıq”, - deyə müxbir yazır.
 
Reportajda xüsusi diqqət çəkən məqam Rusiyanın “Müqafon” mobil şirkətinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimə məxsus mobil operatora rominq xidmətinin göstərməsidir. Doğrudur, Rusiya şirkətinin saytında Dağlıq Qarabağ Azərbaycan ərazisi olaraq göstərilir, lakin bu, onun separatçı rejimə əməkdaşlığına haqq qazandıra bilməz.(publika.az)
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Hamısı