Lavrovun müavinindən ilginc Xəzər AÇIQLAMASI “Nə dənizdir, nə göl...”

Siyasət 13:00 10.08.2018

İki gün sonra Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri tarixi konvensiya imzalayacaq 

İki gün sonra Aktau şəhərində keçiriləcək Xəzəryanı ölkələrin zirvə görüşünə maraq böyükdür. Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalamaqla yanaşı altı hökumətlərarası sazişin imzalanması gözlənilir. 25 illik danışıqlardan sonra Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderlərinin Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaqları həqiqətən tarixi hadisə hesab oluna bilər.

“Kommersant”a müsahibə verən Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə görə, 12 avqust tarixində  Aktau şəhərində keçiriləcək sammitdə imzalanacağı  gözlənilən konvensiyada Xəzər nə dəniz olacaq, nə göl.

“Nə dəniz, nə də göl olacaq. Xəzər dənizinin xüsusi hüquqi statusu olacaq. Bu, müəyyən coğrafi, hidroloji və digər xüsusiyyətləri ilə izah olunur. O, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan qitələrarası bir hövzədir və buna görə də dəniz qismində nəzərə alına bilməz”, - deyə nazir müavini  bildirib. Karasinin sözlərinə görə, Aktau sammiti sonuncu deyil.

“Əldə edilən tempi nəinki azaltmaq olmaz, əksinə, artırmaq lazımdır. Bütün əvvəlki illərdə yalnız 9 hüquqi cəhətdən hüquqi öhdəliyə malik olan beştərəfli sənəd hazırladığımız təqdirdə, Aktauda - böyük dövlətlərarası sazişdən əlavə, eyni zamanda altı yeni hökumətlərarası sazişin imzalanması gözlənilir. Konvensiya qəbul edildikdən sonra Xəzərin formatının nəzərəçarpacaq dərəcədə güclənəcəyi gözlənilir. Daimi konsaltinq platformasının yaradılması məsələsinin vaxtı gəlib”, - Qriqori Karasin belə deyib.

Karasinin bildirdiyinə görə, konvensiya Rusiyanın maraqlarına tam cavab verir.

 “Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmaq üçün böyük iş görüblər”.

Bunu isə bu günlərdə “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Uzun illər ərzində görülən işlər nəticəsini verib və biz Xəzərin hüquqi statusuna dair konvensiyanın razılaşdırılması səviyyəsinə çatmışıq. Bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının V sammitində onun imzalanması üçün bütün zəruri şəraiti yaradıb”, - E.Məmmədyarov bildirib.

Xəzəryanı ölkələrin Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakına icazə verilməməsi barədə razılaşmasından danışan XİN başçısı bildirib ki, tərəflər konvensiyada müəyyən edilmiş müddəalara tam sadiq qalmalıdırlar: “Xəzər dənizində sərhədyanı olmayan ölkələrin silahlı qüvvələrinin iştirak etməməsi belə maddələrdən biridir. Ümumilikdə, sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası olduğunu bildirir. Xəzər dənizi ölkələrimizi imkanlarını genişləndirərək birləşdirən, milli iqtisadiyyatı inkişafı etdirmək üçün optimal şərait yaradan körpüdür və belə də qalmalıdır”.

Rusiyanın Xəzərdə mövqelərini daha da gücləndirməsi  Xəzəryanı dövlətlər üçün arzuedilən deyil. Doğrudur, Rusiya illərdir ki, Xəzərdə özünü söz sahibi hesab edir və İranı nəzərə almasaq, buradan hətta dünyaya meydan oxumağa meyllidir. Məsələn, 2015-ci ildə Suriyada İŞİD mövqelərinin Xəzərdən “Kalibr” qanadlı raketləri ilə vurulmasını xatırlatmaq kifayətdir. Baxmayaraq ki, Rusiya özü sözdə Xəzəri barış hövzəsi elan etsə də, buradakı hərbi potensialını və gücünü göstərməkdə daima maraqlı olub. Bu, xüsusilə 2009-2010-cu  illərdə ABŞ-ın Xəzərə marağının artmasından sonra özünü daha qabarıq göstərdi. Yada salaq ki, bu illərdə ABŞ Xəzər təhlükəsizliyi ilə bağlı xüsusilə  Azərbaycanla intensiv əməkdaşlıq edirdi. Bu əməkdaşlıq çərçivəsində ABŞ Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verdi, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak etdi. Birləşmiş Ştatlar Buş administrasiyası dövründə bu əməkdaşlığı genişləndirərək Xəzərdə enerji infrastrukturlarının mühafizəsi adı altında “X-Band” tipli radar kompleksi də yerləşdirməyi planlaşdırırdı. Lakin sonradan Amerika administrasiyasının regionla bağlı prioritetləri dəyişdi. 2010-cu ildə Bakıda keçirilmiş Xəzər sammitində isə imzalanan sazişdə dənizdə təhlükəsizlik məsələsinin  ancaq sahilyanı ölkələrin səlahiyyətində olduğu razılaşdırıldı.

Həm Obama dövründə, həm də Donald Trampın  hakimiyyətində ABŞ-ın Xəzərdə fəallığı olmayıb.(Yeni Müsavat)

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Hamısı