Ermənistanın razılığı olmadan Azərbaycan AİB və KTMT-də müşahidəçi ola bilməz. Bunu "Kommersant" qəzetinə müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Avrasiya İqtisadi Birliyində müşahidəçi və KTMT-da müşahidəçi ölkə olarsa, Ermənistanın mövqeyi nə olacaq sualına cavabında bildirib.
"Hər kəsə aydındır ki, Ermənistanın razılığı olmadan belə qərarlar qəbul edilə bilməz" o, deyib.