Türkiyə Xarici işlər naziri Mevlud Çavuşoğlu Bakının azad edilməsinin 100 ilini qeyd edib.
Eurasia Diary xəbər verir ki, Çavuşoğlu Twitter hesabından etdiyi paylaşımda, "Bakının Qafqaz İslam Ordusu tərəfindən azərbaycanlı qardaşlarımızla birlikdə azad edilməsinin 100-cü ildönümünü qeyd edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" ifadəsini işlədib.
Xarici işlər naziri mesajını Türkiyə və Azərbaycan bayraqlarının olduğu fotoşəkil ilə bir yerdə paylaşıb.
Bakü’nün Kafkas İslam Ordusu tarafından Azerbaycanlı kardeşlerimizle birlikte kurtarılmasının 100.yıldönümünü kutluyoruz. Yaşasın #Türkiye - #Azerbaycan kardeşliği! pic.twitter.com/GsO1FL0JIq
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) September 15, 2018