Eurasia Diary report-a istinadən xəbər verir ki, Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir". Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, sələfləri kimi, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq işğalçılıq siyasətindən çəkinmir, əksinə daha aqressiv ritorika ilə çıxış edir: "Bu da təəssüf doğurur".
Nazir müavini vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınmalıdır.