"Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk. Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük".
Eurasia diary “TASS”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.
"Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir", - Vladimir Putin qeyd edib.