Altıncı Beynəlxalq Humanitar Forum çərçivəsində oktyabrın 25-da Dayanıqlı İnkişafa Dair Bakı Forumu işə başlayıb. Forumda ECOSOC prezidenti İnqa Ronda Kinq çıxış edib.
“Hörmətli Baş nazir, nazirlər və xüsusi qonaqlar, mən bu gün burda iştirak etməkdən böyük qürur hissi keçirdirəm. Xüsusilə, Azərbaycana forumu təşkil etməkdə təşəkkür edirəm”.
2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi insan inkişafının standarlarının yaxşılaşdırılmasını ehtiva edir. Xanım Kinq 2018-ci il hesabatlarına görə 2030-cu il hədəflərinə çatmaqda çatışmazlıqların mövcudluğunu qeyd edib.
“Biz iqlim dəyişikliyi, münaqişələr və bərabərsizliyin artması kimi problemlərlə üz üzəyik”.
Kinq Hədəflərə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi, texnoloji inkişaf və özəl sektorun inkişafının önəmini vurğulayıb.
Bir çox dövlətlər hədəflərə nail olmaq üçün ölkələrinin atdıqları addımlarla bağlı könüllü təqdimatlar irəli sürürlər. Xanım Kinq Azərbaycana irəli sürdüyü təqdimatlardan və əməkdaşlıqdan dolayı təşəkkürünü bildirib. Önə qoyulan hədəflərə çatmaqda ölkələrin baş orqanları öz səylərini səfərbər etməlidir.
Dayanıqlı İnkişaf Məqsədlərinin dünyada aclıq, yoxsulluq, qaçqın və məcburi köçkün problemi, ədalətsizliyin qarşısının alınması kimi mühüm problemlərin aradan qaldırılması baxımından vacib hesab edilir. Bu hədəflərə nail olmaq üçün ölkələr öz öhdəliklərini zamanında yerinə yetirməyə çalışmalıdırlar.
“Problemlərin həllində zamanı dəyərləndirərək indi hərəkətə keçməyimiz vacibdir”, - deyə İnqa Ronda Kinq söyləyib.