Türkiyədə bu gün 65-ci hökümətin Nazirlər Kabinetinin və partiyanın MYK üzvlərinin adları açıqlanacaq.
Belə ki, Binəli Yıldırım və komandası hökümətin tərkibini müəyənləşəndən sonra siyahı prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.
Prezident Ərdoğanın təsdiqi ilə 65-ci hökumətin tərkibi rəsmən qurulacaq.
Qeyd edək ki, mayın 22-də AKP-nin fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Prezident Ərdoğan yeni partiya başqanına 65-ci hökuməti qurmaq səlahiyyəti verib.
Dünən, axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.
Prezident iqamətgahında baş tutan görüş bağlı qapılar arxasında keçirilən görüş təxminən 2 saat davam edib.
Dünən həmçinin AK partiyasının İdarə Heyətinin toplantısı da keçirilib. Yeni baş nazir qərargahda keçirilən ilk iclasına qatılıb.
Bundan əlavə, 3 saat davam edən yığıncaqdan sonra B. Yıldırımla keçmiş baş nazir Əhməd Davudoğlu qərargahda görüşüb.
“Eurasia Diary”