"Bu görüş Qarabağla bağlı ümidimizi artırır" - Gəncəliyev | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


"Bu görüş Qarabağla bağlı ümidimizi artırır" - Gəncəliyev

Siyasət A- A A+

Yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək görüş uzun müddətdir ki, davam edən münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi daha da artırır.

Bu barədə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev sözügedən görüşün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcəyinə ümidvar olduğunu bildirib:

"Əminik ki, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq və regionda davamlı inkişaf, sabitlik və rifahın bərqərar olmasına, eləcə də ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da yararlanmasına səbəb olacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...