İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü - VİDEO | Eurasia Diary - ednews.net

22 May, Çərşənbə


İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü - VİDEO

Siyasət A- A A+

Sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır.

Eurasia Diary xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada bir qrup çeçen və azərbaycanlı arasında baş vermiş insidentlə bağlı Real TV-yə danışıb.

Səfir məsələ ilə bağlı Moskva Şəhər Baş Polis İdarəsində olub və polis rəisi ilə görüşüb. Səfir məsələnin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü də açıqlayıb.

Polad Bülbüloğlu deyib ki, sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır. O, ölkə əhalisini o cür xəbərlərə inanmamağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...