Zurabişvili azərbaycanlıları təbrik etmək üçün Borçalıya gedir | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Zurabişvili azərbaycanlıları təbrik etmək üçün Borçalıya gedir

Siyasət A- A A+

Bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə səfər edəcək.

Eurasia Diary report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində dövlət başçısı yerli sakinlərlə görüşəcək və istehsal müəssisələrinə baş çəkəcək.

S.Zurabişvilinin Kvemo Kartli bölgəsinə səfərinin məqsədi yerli inkişaf prosesləri ilə tanış olmaq və seçkiöncəsi vədlərinə uyğun olaraq Gürcüstanın bölgələrinin inkişafına dəstək verməkdir.

Prezident həmçinin Marneuli rayonunun Tamarisi kəndində müəllim və məktəblilərlə görüşəcək, müasir avadanlıqla təchiz olunmuş istixana, Bolnisi rayonunda Diyarşünaslıq Muzeyi, Katarinenfeld alman məhəlləsi və eko-miqrant qadınların pendir istehsalı müəssisəsinə baş çəkəcək.

S.Zurabişvili bölgəyə səfərini martın 20-də Qardabani rayonunda başa vuracaq və azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...