“Tərəfdaşlarımız deyirlər ki, Qarabağ Ermənistanın ola bilməz” - Paşinyan | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


“Tərəfdaşlarımız deyirlər ki, Qarabağ Ermənistanın ola bilməz” - Paşinyan

Siyasət A- A A+
Dağlıq Qarabağın statusu ilə bağlı müxtəlif yanaşmalar var və Azərbaycan Prezidenti İlham Əliyevlə, həmsədrlərlə, eləcə də digər beynəlxalq tərəfdaşlarımızla apardığım müzakirələrdə bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac yarandı.
 
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib. 
 
“Biz nizamlanmaya dair öz şərhimizi təqdim edə bilərik, amma məsələ bəyanatların mübadiləsində deyil. Praktikada bu nə deməkdir? Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ onun tərkib hissəsi olmalıdır. Amma Dağlıq Qarabağın ayrıca dövlət və ya Ermənistanın tərkib hissəsi olmasının təfsir edildiyi sənədlər və s. də var. Bu məsələ ilə bağlı ən fərqli şərhlər var və onların bəziləri ictimailəşdirilib, bəziləri isə ictimaiyyətə qapalıdır. Adlarını çəkə bilmədiyim bəzi beynəlxalq tərəfdaşlarımız hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkibində ola bilməz. O biriləri isə əksini deyirlər. Üçüncülər də başqa şeyi... Kimin haqlı, kiminsə haqsız olduğunu anlamaq istəyirəm. Baş nazir seçildikdən sonra XİN rəhbərimizlə keçmiş xarici işlər naziri Edvard Nalbandyanla görüşdük və bəzi detallar barədə bizi məlumatladırmasını xahiş etdik. Və proses davam edir”, – Paşinyan çıxışında vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...