Türk dünyasının "Ağsaqqalı" - Nazabayev istefa verdi - "Artıq yorulmuşam və gedirəm" - VİDEO | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Türk dünyasının "Ağsaqqalı" - Nazabayev istefa verdi - "Artıq yorulmuşam və gedirəm" - VİDEO

Siyasət A- A A+

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

Euasia Diary xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

 

“Prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı qəbul etdim. Təhlükəsizlik Şurasının sədri olaraq çalışmağa davam edəcəyəm. Mən “Nur Otan” Partiyasının sədri və Konstitusiya Şurasının sədriyəm. Sizinlə olacam” - Nazarbayev yerli telekanallar vasitəsilə yayımlanan xalqa müraciətində deyib.

 

Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Qazaxıstan Senatının spikeri Qasım-Jomart Tokayev icra edəcək.

 

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. O, 2015-ci ildə beşinci dəfə bu ölkənin prezidenti postuna seçilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...