Türk deputat İrəvanda erməniləri susdurdu - “Qarabağ Azərbaycanındır” | Eurasia Diary - ednews.net

25 İyun, Çərşənbə axşamı


Türk deputat İrəvanda erməniləri susdurdu - “Qarabağ Azərbaycanındır”

Siyasət A- A A+
“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ probleminin həlli kontekstində nəzərdən keçirmək lazımdır”.
 
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu gün İrəvanda keçirilən 52-ci iclasında iştirak edən komitənin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) deputatı Mətin Gündoğdu erməni jurnalistlərin sualını cavablandırarkən deyib. 

“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmadan Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulmasından söhbət gedə bilməz. Həmçinin, İrəvanla Ankaranın münasibətləri erməni diasporu faktoru ilə şərtləndirilməməlidir”, - deyə Gündoğdu vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...