"Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı razılıq əldə olunmalıdır" - Elmar Məmmədyarov | Eurasia Diary - ednews.net

24 May, Cümə


"Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı razılıq əldə olunmalıdır" - Elmar Məmmədyarov

Siyasət A- A A+

"Rəsmi Bakı və Brüssel qarşılıqlı faydalı razılığa gəlməlidir".

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada brifinqdə bildirib.

"Hesab edirəm ki, "Şərq Tərəfdaşlığı" Proqramı illər əvvəl Polşa və İsveçin təşəbbüsü ilə başladılan çox maraqlı təşəbbüsdür. Bu, müxtəlif istəkləri olan altı ölkədır. Ötən illərdə bu təşəbbüsün üzvü olaraq çox vacib məsələləri öyrənmişik, Aİ-ni daha yaxşı anlamağın yolunu başa düşmüşük. Ümid edirəm ki, Avropa İttifaqı (Aİ) də Azərbaycan və ya digər tərəfdaş ölkələri daha yaxşı başa düşməyi öyrənib", - E.Məmmədyarov deyib.

Nazir "Şərq Tərəfdaşlığı" Proqramının vacibliyini və faydalılığını vurğulayıb.

Onun sözlərinə görə, Brüssellə danışıqlarda rəsmi Bakı həmişə uğura aparan bir neçə yolunun olması mövqeyindən çıxış edib: "Qarşılıqlı razılaşma olmalıdır, bütün tərəflər üçün "win-win" vəziyyətinin olması mühüm elementdir".

E.Məmmədyarov bu ilin may ayında Brüsseldə növbəti on ildə tərəfdaşlığı möhkəmləndirmək üçün nələr edəcəyimizi, bu institutu hansı istiqamətdə inkişaf etdirəcəyimizi başa düşə biləcəyimiz daha bir anlayış şaxəsinin əsasının qoyulacağı sammitin keçiriləcəyini xatırladıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...