Prezidentin sözlərinə görə, Azərbaycanda maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq: “Müvafiq göstərişlər verildi. İndi hökumətdə iş aparılır. Bizim indi maliyyə imkanlarımız artır. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük bir rəqəm artıq büdcəyə daxil oldu. Və mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların artırılmasına istiqamətləndirilməlidir.
Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik. Və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minumum əməkhaqqı, minumum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
***
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən burada istirahət edən sakinlərlə görüşüblər.
Dövlət başçısı və birinci xanım sakinlərlə söhbət ediblər.
Sakinlər Prezident və birinci xanımla fotolar, o cümlədən selfi çəkdiriblər.
Görüşdən fotoları təqdim edirik: