“Bir qarış torpaq verməyəcəklərini deyənlər"... - Sabiq nazir Babayandan Paşinyana sərt tənqid | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


“Bir qarış torpaq verməyəcəklərini deyənlər"... - Sabiq nazir Babayandan Paşinyana sərt tənqid

Siyasət A- A A+

Madrid prinsipləri Qarabağ münaqişəsinin həllinə səbəb ola bilməz. Münaqişənin həlli üçün yeni yanaşmalar lazımdır.

Eurasia Diary xəbər verir ki, bu iddia ilə qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan çıxış edib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Madrid prinsiplərindən imtina etməli və yeni format axtarışına keçməlidir:

“Bir qarış torpaq verməyəcəklərini deyənlər Madrid prinsipləri əsasında danışıqları necə aparırlar? Bunun ətrafında müzakirə aparıb torpaq istəyən azərbaycanlılar danışıqları boş yerə aparırlar?”.

O həmçinin yaxın illərdə Qarabağ ətrafında kəskin toqquşmaların gözlənilmədiyini deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...