Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib | Eurasia Diary - ednews.net

24 May, Cümə


Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib

Siyasət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Eurasia Diary xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələrinin birləşdirdiyini qeyd edib. “İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev Vladimir Zelenskiyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...