""Şərq Tərəfdaşlığı" Aİ ilə Azərbaycan arasında daha çox etimad və qarşılıqlı anlaşma üçün bünövrədir" Səfir

Siyasət 12:00 01.05.2019

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın "Report"a müsahibəsini təqdim edirik.

- Bu il "Şərq Tərəfdaşlığı" Proqramının 10 ili tamam olur. Ötən müddət ərzində proqram üzrə qazanılan nailiyyətləri necə qiymətləndirirsiniz?

- Həmin təşəbbüsün əhəmiyyətini başa düşmək üçün geri qayıdıb o vaxtkı mənzərəyə nəzər salmaq lazımdır. 2004-cü ildə “Böyük partlayış”ın artmasından, 2007-ci ildə də Bolqarıstanla Rumıniyanın üzv qəbul olunmasından sonra Avropa İttifaqı üzvlərinin sayını ikiqat artıraraq, eyni zamanda coğrafi məsafələri azaldaraq Şərq tərəfdaşları ilə yeni sərhədləri müəyyənləşdirdi. Bütövləşmək, yeni vəziyyəti tam dərk etmək üçün Aİ zamana möhtac olduğu bir vaxtda kənar problemlər çoxalır, Şərq qonşuları bir çox mənalarda Aİ-yə yaxınlaşmaq üçün yollar axtarırdılar.

"Şərq Tərəfdaşlığı" Proqramı Avropa İttifaqının diqqətini Şərqi Avropa qonşularına yönəldərək bu regionun daha sabit, təhlükəsiz, firavan olmasına yardım etdi. Həmin proqram 6 tərəfdaş ölkəyə Aİ ilə ikitərəfli münasibətlərini qurub inkişaf etmək, eyni zamanda çoxtərəfli əməkdaşlığı da genişləndirmək üçün bir platforma təqdim edib.

Mən deyərdim ki, bu proqram olmasaydı Aİ ilə Azərbaycan arasında, insanlarımız arasında ünsiyyət daha az olardı, əməkdaşlıq, yardım proqramları, imkanlar da xeyli az olardı. "Şərq Tərəfdaşlığı" Proqramı ölkələrimiz arasında etimadı və əlaqələri, onların iqtisadiyyatını, cəmiyyətini, idarəetməsini gücləndirməyə kömək etdi. Proqrama xas çeviklik xassəsi də müxtəlif ölkələrin hədəflərinə müxtəlif sürətlə çatmaq imkanı yaradıb. Bu da toplumlarımız və insanlarımız üçün bir çox əyani nəticələr gətirib. 2016-cı ildən etibarən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində 2 milyard avrodan çox dəyəri olan 70 mindən artıq müəssisəyə dəstək verərək 28 min iş yeri yaradıb. Erasmus+ proqramı çərçivəsində 30 mindən çox tələbə Aİ ölkələrində təhsil almaq imkanı qazanıb. Avropa İttifaqına daha yaxın olmaq istəyən ölkələr üçün vizasız səyahətlər imkanı yaradan müvafiq alətlər təqdim olunub.

- "Şərq Tərəfdaşlığı" Proqramının Azərbaycanla Aİ arasındakı əməkdaşlığa təsiri barədə fikirləriniz necədir? 

- Ötən 10 il ərzində "Şərq Tərəfdaşlığı" Proqramı Azərbaycanı Avropaya daha da yaxınlaşdırıb. Viza rejiminin sadələşdirilməsinə dair saziş və ASAN Xidmət sayəsində insanlarımız bir-birinə daha yaxın oldular. Bu 10 ildə avtomobil və dəmir yolu vasitəsilə əlaqələrimiz gücləndirilmiş, enerji təchizatında isə ən iddialı layihələrdən birini başa çatdırmaq üzrəyik. Aİ Azərbaycanda ən iri sərmayəçi, ölkənin ən iri ticarət tərəfdaşıdır.

Ticarətin genişlənməsi, əlaqələr, insanların rifahına xidmət edən islahatlar üçün bünövrə olacaq yeni tərəfdaşlıq sazişinə dair danışıqları da başa çatdırmaq üzrəyik. Modern texnologiyalar və daha mükəmməl idarəetmə modellərini bölüşən Aİ Azərbaycanda iqtisadiyyatının şaxələnməsinə və islahatlara dəstək verir. Hazırda 26 müxtəlif qurumla 48 tərəfdaşlıq layihəsi həyata keçirmişik. ASAN Xidmət əməkdaşlarının və ABAD iştirakçılarının potensialını artırmağa kömək etdik. Həmçinin təhsil, o cümlədən peşə təhsili və təlimi sahəsində əməkdaşlıq edirik. Mütəxəssislərimiz sosial təminat, məşğulluq sahəsində qabaqcıl təcrübənin tətbiqinə yardım edir, təqaüd islahatı, müasir vergitutmanın tətbiqi, icbari tibbi sığortanın tətbiqi, şəffaf və əlçatan elektron xidmətlər göstərmək üçün dayanıqlı təməllər yaradır, həmçinin məhkəmədə vasitəçilik sisteminin, ərzaq, ətraf mühitlə bağlı Avropa standartlarının, kiçik ailə təsərrüfatlarına dəstək siteminin, kənd təsərrüfatına və kənd məskənlərinə dəstəyin bərqərar olmasına yardım göstərir.

Şəffaflıq, hesabat vermə, insan hüquqları sahəsində dialoq və dəstək layihələri də müasir inklusiv vətəndaş cəmiyyətinin qurulmasına yönəlir. Hamısını sadalamaq çətindir. Fikrimcə, Aİ ilə Azərbaycan arasında daha çox qarşılıqlı anlaşma və etimada təkan verən "Şərq Tərəfdaşlığı" gələcək müasir əməkdaşlıq üçün bünövrə yaradıb.

 

- "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyi münasibətilə Bakıda yubiley tədbirləri, yaxud rəsmi səfərlər nəzərdə tutulurmu?

- Səfərlərə gəlincə, Azərbaycan Prezidenti və xarici işlər naziri Brüsseldə mayın 13-14 -də keçiriləcək "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş tədbirlərə dəvət olunublar. Həmin tədbirlər çərçivəsində tərəfdaşlığımızın nailiyyətləri və gələcəyi müzakirə olunacaq. Həmçinin mədəniyyət, gənclər, mülki tədbirlər üzrə də müzakirələr keçiriləcək.

Bununla yanaşı, Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. Mayın 3-ü cümə günü Bakıdakı Azərbaycan Fransız Universitetində "Şərq Tərəfdaşlığı"na həsr olunan konfrans keçiriləcək. Bu 10 ildə "Şərq Tərəfdaşlığı" üzrə nailiyyətlər və gələcək işlər Avropa Siyasət Mərkəzinin eksperti Amanda Polun moderatorluğu və Viqaudas Uşazkas (Litva), Lukas Tsukalis (Yunanıstan), Giorgi Mçedlişvili (Gürcüstan), Zaur Şiriyev (Azərbaycan) kimi ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Bu halda həm Azərbaycanın nailiyyətləri, Avropa İttifaqı ilə əməkdaşlığının nəticələri barədə söhbət aça biləcək, həm də qarşılaşdığımız müştərək problemləri müzakirə edəcəyik.

Bu tədbir dalbadal üç ildir may ayının 1-dən 14-dək keçiriləcək "İMAGİNE Euro Tolerance Festival 2019" çərçivəsində təşkil olunacaq. Belə ki, İMAGİNE markasını Bakıda artıq yaxşı tanıyırlar. Builki festivalımız daha rəngarəng və paytaxt sakinlərinə daha yaxın olacaq. Yeni tərəfdaşlarımız, yeni yerlər, yeni tədbirlər, o cümlədən mayın 1-də saat 17-də metronun “İçərişəhər” stansiyasında başlanğıc konserti keçiriləcək. Bu il həmçinin Avropa Liseyi ilə də əməkdaşlıq edəcəyik. Həmçinin ilk dəfə olaraq ayın 13-14-də Gəncədə sərgi, konsert, konfrans, film nümayişləri keçirəcəyik. Tədbirlər proqramı Aİ nümayəndəliyinin saytında və Imagine.az saytında yerləşdiriləcək. Bütün azərbaycanlı dostlarımızı iştirak etməyə, tolerantlıq ətrafında söhbət açmağa, mədəniyyətlərimizin müxtəlifliyindən ləzzət almağa dəvət edirəm.

Mayın 21-22-də Avropa səfirlikləri ilə bir yerdə Mingəçevir və Gəncədə yerli sakinlərlə, gənclərlə, hakimiyyət nümayəndələri ilə görüşlər keçirərək, Aİ-nin həmin bölgədə və ondan kənarda həyata keçirdiyi layihələri, gələcək əməkdaşlıq imkanlarını təqdim etməyi nəzərdə tuturuq. Bunun adı EU4YOU-dur.

Nəhayət, daha bir mühüm məsələ: mayın 13-də Brüsseldə məşhur BOZAR-da Avropanın ən məşhur ifaçılarının, habelə "Şərq Tərəfdaşlığı" Proqramının 6 ölkəsindən olan ifaçıların iştirakı ilə keçiriləcək konserti Azərbaycanda yayımlamaq üçün əlverişli imkanlar axtatrırıq.

- Aİ ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar necə gedir? Yeni saziş "Şərq Tərəfdaşlığı"nın 10 illiyi tamamlananadək razılaşdırılacaqmı?

- Son vaxtlar ən çox verilən sualdır. Azərbaycandakı insanların gələcək tərəfdaşlığımız üçün müasir, əhatəli hüquqi bazanın yaradılmasına belə maraq göstərmələrini tamamilə anlayıram. Belə hüquqi bazanın tezliklə ərsəyə gəlməsini nə qədər çox istəsək də, onun mümkün qədər əhatəli və konkret olmasını da bir o qədər istəyirik.

Danışıqlar hələlik davam edir. Razılaşdırılmış mətnin həcmi də artır. Bu danışıqları tezliklə başa vurmaq üçün hər iki tərəfin əlindən gələn hər şeyi etdiyinə hamınızı inandıra bilərəm. Dəqiq vaxtı verə bilmərəm, amma bunun tezliklə baş tutması üçün gəlin səy göstərək.

- Azərbaycana təyyarə reyslərinə dair danışıqlarda irəliləyiş varmı?

- Bəli, var. Bu ilin fevral ayında Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində ilk dəfə yüksək səviyyəli dialoq keçirildiyi vaxt aviasiya sazişi layihəsinə dair çox səmərəli məsləhətləşmələrimiz oldu. Fikrimcə, həmin səfər çərçivəsində ekspertlərimiz Azərbaycan hökumət rəsmilərini inandırıb həll olunmamış məsələlərə dair mövqeyimizi aydınlaşdıra biliblər. May ayında da Brüsselə ekspertlərin daha bir səfəri nəzərdə tutulur. Ümidvaram ki, bunlar danışıqların tezliklə bərpasına gətirib çıxaracaq. Danışıqlarda həll olunmamış məsələlərin az qaldığı nəzərə alınsa, məsələ ən yaxın zamanda həllini tapa bilər.

Bu saziş Azərbaycan hava nəqliyyatını, hava limanlarını, hava məkanını Aİ və dünyaya inteqrasiyanın yeni səviyyəsinə qaldıracaq. Bunun başlıca üstünlükləri xətlər və reyslər sayının artması, tariflərin isə ucuzlaşması olacaq. Sərnişinlərin çoxalması isə gəlirlərin artması deməkdir. Məsələn, İsraillə oxşar sazişin imzalanması bu ölkə ilə Aİ arasında axın ikiqat, birbaşa reyslərin sayı da üçqat artdı. İsrail ilə Aİ arasında səfərə çıxanların sayı hər il 1 milyon nəfər artır. Milli daşıyıcılar da bunların səmərəsini hiss edəcəklər. Məsələn, "Mərakeş Milli Hava Yolları" şirkətinin dövriyyəsi 60 faiz, Serbiyanınkı isə 100 faizdən çox artdı. Nəhayət, bu saziş olmasa Regional Nəqliyyat Qovşağı layihəsi natamam qalardı.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı