“Biz əminik ki, strateji tərəfdaşımız və qardaş ölkə olan Azərbaycanla David Qareci (Keşikçidağ) monastırına dair razılığa gələcəyik”.
Eurasia Diary-nin ONA-ya istinadən xəbərinə görə, bunu Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Giorgi Qaxariya şuranın iclasında deyib.
O, bu mövzu ilə əlaqədar spekulyasiya edən şəxsləri etnik münaqişəni alovlandırmamağa çağırıb: “Bu mövzuya dair çox ehtiyatlı olun. Biz əminik ki, demarkasiya çərçivəsində qardaş və strateji tərəfdaş olan Azərbaycanla mədəni irsin və kilsənin maraqlarının nəzərə alınacağı saziş əldə edəcəyik”.