Bu gün Bakıda "Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq Simpozium keçirilir.
Eurasia Diary-nin Bakuport.az-a istinadən məlumatına görə, tədbirdə İraq Türkmən Cəbhəsinin lideri, Kərkük millət vəkili Ərşad Salihi başda olmaqla, çox ziyalı iştirak edir.
Tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, AMİP-in lideri Etibar Məmmədov, millət vəkilləri və tanınmış ictimai-siyasi xadimlər başqaları da iştirak edir.
Simpozumda Kərküklə Qarabağ üzərindən Türk Dünyasının başlıca problemləri müzakirə edilir.
Tədbirin təşkilatçısı Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Yeni Çağ” Media Qrupudur.
Tədbiri giriş sözü ilə Azərbaycan-Türkiyə Evinin rəhbəri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı açıb.