"Azərbaycan öz müstəqilliyini itirə bilərdi..." PA rəsmisindən açıqlamalar

Siyasət 11:30 04.05.2019

“1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı. Ölkədə çox səriştəsiz bir rəhbərlik var idi”.

Bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov deyib.

F.Ələsgərov qeyd edib ki, heç bir idarəçilik təcrübəsi olmayan, öz siyasətini yalnız populizm üzərində quran, təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi:

“Belə bir vəziyyətdə yalnız müstəsna bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə baş verdi. 1993-cü ildə Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək, mövcud durumda ölkəni xilas edə biləcək yeganə şəxsiyyəti, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi. Ümummilli liderin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanla ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyuldu. AXCP-Müsavat iqtidarı dövründən insanların qanunsuz olaraq saxladığı on minlərlə odlu silah və sursat qısa müddət ərzində yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.

Təsəvvür edin ki, hətta Xalq Cəbhəsi partiyasının yerləşdiyi binada belə xeyli sayda silah və sursat aşkar edilmişdi. Ulu öndərin rəhbərliyi ilə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün hamımızın gözü önündədir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilib”.

O vurğulayıb ki, ölkədə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur: “Kriminogen vəziyyət tam nəzarət altındadır. Hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsü ilə çıxış etmişdi. Ulu öndər hesab edirdi ki, məhkəmə hökmü ilə insanın həyatdan məhrum edilməsi qeyri-insani tədbirdir. 1998-ci ildə isə Azərbaycanda ölüm hökmü tamamilə ləğv olundu. Bu, çox tarixi bir qərar idi. Yaxşı xatirimdədir, bu qərardan qısa müddət sonra ölkəmizə səfərə gəlmiş avropalı nümayəndələrə ümummilli lider bu barədə məlumat verəndə onlar eşitdiklərinə hətta inanmadılar.

Bu dövrdə ölkədə əfv və amnistiya institutları bərpa edildi və on minlərlə insan azadlığa qovuşdu. Bununla Azərbaycan dövləti insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu da çox vacib idi. Əvvəlki AXCP-Müsavat iqtidarı dövründə əfv və amnistiya kimi institutlardan imtina edilmişdi. Ölüm cəzası icra edilirdi. Bu gün hələ də müxalifətin siyasi səhnəsində olan həmin insanlar Avropa dəyərlərindən danışırlar. Lakin hakimiyyətdə olan zaman onlar nəinki Avropa dəyərləri, ümumiyyətlə, ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdilər”.

Fuad Ələsgərovun sözlərinə görə, Azərbaycan müstəqillik qazanmasından keçən 28 ilə yaxın müddət ərzində çox mürəkkəb, enişli-yoxuşlu, çağırışlar və təhlükələrlə dolu yol qət edib: "Bizi sevindirən odur ki, xalqımız bu yolu mətanətlə keçərək öz ayaqları üzərində durmağı bacarıb, dövlətimiz güclənib, ölkədə tam sabitlik, asayiş təmin edilib, iqtisadiyyatımız yüksəlib, sosial sahədə ciddi islahatlar aparılıb”.

PA rəsmisi deyib ki, olduqca çətin bir regionda yerləşən Azərbaycan müstəqil xarici siyasət həyata keçirir: “Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu birlik bizim uğurlarımızın əsas şərtidir. Bu gəlişigözəl sözlər deyil, reallıqdır. Düzdür, bu reallığı qəbul etməyən, onu hər fürsətdə inkar edən qüvvələr də var.

Zənnimcə, bunun başlıca səbəbi 90-ci illərin əvvəlinin xaos dövründən bugünkü inkişaf etmiş Azərbaycana miras qalmış bu qaragüruhçu müxalifətin reallıq hissini itirməsidir.

Bu insanlar real həyatda özlərini belə görə bilmirlər, buna görə də yalnız virtual aləmdə müəyyən sığınacaq tapıblar. Təbii olaraq, belə insanlardan mövcud vəziyyətə düzgün qiymət verməyi tələb etməyin də mənası yoxdur. Lakin sadə bir təhlil deməyə əsas verir ki, ölkəmizin əldə etdiyi tarixi uğurlar bu gün olmaya da bilərdi. Azərbaycan öz dövlət müstəqilliyini itirə də bilərdi, iqtisadi cəhətdən başqa dövlətlərdən tam asılı, borc içərisində boğulan dövlətə də çevrilə bilərdi. Bu gün iflas etmiş deyil, uğurlu bir dövlətə sahib olduğumuz üçün məhz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bunu hər birimiz, ilk növbədə, gənc nəsil dərk etməlidir”.

F.Ələsgərov qeyd edib ki, əsas vəzifə dövləti daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyi daha da möhkəmlətməkdir: “Prezident İlham Əliyev ölkəmizi məhz bu yolla aparır. Hər birimiz bu yolda dövlət başçısının yanında dayanmalı və ona dəstək olmalıyıq”.

 
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Hamısı